Abbas Lisani və digər azərbaycanlı fəalların azadlığını tələb edən posterlər paylanılıb - Tehran və Əhər şəhərlərində / GÖRÜNTÜ

Abbas Lisani və digər azərbaycanlı fəalların azadlığını tələb edən posterlər paylanılıb - Tehran və Əhər şəhərlərində / GÖRÜNTÜ

GünAz TV: İran paytaxtı Tehran və Güney Azərbaycanın Əhər şəhərində azərbaycanlı fəallar, o cümlədən ötən günlərdə saxlanılan tanınmış milli-mədəni fəal Abbas Lisaninin azadlığını tələb edən posterlər yayılıb.

 

Əhərli milli-mədəni fəallar yanvarın 24-də şəhərdə minlərlə poster yayaraq Abbas Lisaninin qanunsuz saxlanmasına etirazlarını bildiriblər.

 

 

Əhali arasında paylanılan və divarlara yapışdırılan posterlərdə “Milli qəhrəman azad olunsun” və “Abbas Lisanini azad edin” sözləri yazılıb.

 

 

Paytaxt Tehranda da Azərbaycan şəhərləri ilə yanaşı çox sayda poster yayılıb.

 

Lətif Həsəni, İbrahim Nuri, Siyamək Mirzayi, Abbas Lisani və Əmir Səttarinin şəkillərinin əks olunduğu posterlər Tehranın ən hərəkətli məntəqələrində divarlara yapışdırılıb.

 

Fəalların azadlığını tələb edən posterlərdə “Milli fəallar və Azərbaycan türkcəsinin müdafiəçilərini sərbəst buraxın” cümləsi yazılıb.

 

Ötən günlərdə Ərdəbil, Muğan, Urmiyə və Çaypara şəhərlərində də divarlara milli-mədəni fəalların azadlığını tələb edən şüarlar yazılıb və plakatlar nümayiş etdirilib. Soydaşlarımız sosial şəbəkələrdə də İran həbsxanalarındakı milli-mədəni fəalların azadlığını tələb edir.

 

Adı çəkilən fəallardan Abbas Lisani yanvarın 22-i axşam saatlarından aclıq aksiyasına başlayıb.

 

Tanınmış fəal Abbas Lisani yanvarın 15-də məhkəmə iclası keçirildikdən sonra Təbriz Prokurorluğunda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O yanvarın 20-də Təbrizdən Ərdəbilin Ettelaat İdarəsinə intiqal edilib. Fəalın hazırda Ərdəbil Zindanının karantin bölümündə saxlandığı bildirilir.

 

Aşağıdakı şəkillər yanvarın 25-də Tehrandan GünAz TV-yə göndərilib:

 

 

 

 

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN