Abbas Lisaninin Azərbaycan Milli Hərəkatının qələbə rəmzi haqda çıxışı – VİDEO

Abbas Lisaninin Azərbaycan Milli Hərəkatının qələbə rəmzi haqda çıxışı – VİDEO

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Təbrizin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxıldıqdan sonra milli-mədəni fəallarla birlikdə Azərbaycan Milli Hərəkatı ilə bağlı bir sıra cari məsələləri müzakirə ediblər.

 

Abbas Lisani “kollektiv şüuru” qələbə rəmzi və Milli Hərəkata qarşı düşmənlərin təxribatlarını zərərsizləşdirən amil kimi qiymətləndirib.

 

“Bu millətin öncülləri o gənclərdir ki, mübarizə yolunda şəxsi mənafelərindən keçib və keçirlər. Onlar özlərini bu millətin fədayisi bilir. Bu millət özünü lider və başçı kimi aparanları deyil, özünü millət üçün fəda edənlərə hörmət edəcək. Bu gün bizim rəhbərimiz bizim mübarizə ruhumuzdur. Bizim öncüllərimiz 2006-ci ildə (Milli Qiyam) verdiyimiz şəhidlərdir. Bu millət böyük millətdir və öz yolunu özü seçəcək. Bunu da qəbul etməliyik ki, “kollektiv şüur” bizim qələbə rəmzimizdir”- deyə o çıxışının bir hissəsində qeyd edib.

 

Abbas Lisaninin çıxışını aşağıdakı videodan olduğu kimi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=89&v=Tj-4SHrMnkU

 

 

Fəal yanvarın 7-də öz evində azərbaycanlı fəallarla görüşü zamanı bu sözləri deyib.

 

Abbas Lisani ötən günlərdə Təbrizin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxıldıqdan sonra Təbriz və Ərdəbildə əhali tərəfindən qarşılanıb, bir çox fəal Abbas bəyin Ərdəbildəki evinə gedərək onunla söhbət ediblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN