Abbas lisaninin dosyesi Təbrizin inqilab Məhkəməsində

Abbas lisaninin dosyesi Təbrizin inqilab Məhkəməsində

GünAz TV: Tanınmış ərdəbilli milli-mədəni fəal Abbas Lisaninin dosyesinə Təbriz İnqilab Məhkəməsinin 11-ci Şöbəsində baxılır.

 

Bu barədə Ərdəbil prokuroru Nasir Ətəbati iyulun 11-də prokurorluğa müraciət edən Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadəyə məlumat verib.

 

“Abbas Lisani iyulun 2-də Şərqi Azərbaycan məhkəmə sisteminin qərarı ilə saxlanılıb, hazırda onun dosyesinə Təbriz Məhkəməsinin 11-ci Şöbəsində baxılır”- deyə Ərdəbil prokuroru bildirib.

 

Tanınmış fəal Babək qalası yürüşünə bir neçə gün qalmış iyulun 2-də Ərdəbildə saxlanılıb. Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmasından bir neçə gün əvvəl fəalın bir videosu yayılıb, o həmin videoda Babək qalası mərasimində iştirak etməyin zəruriliyindən danışıb.

Abbas Lisani həmçinin ötən günlərdə ustad Həsən Dəmirçinin dəfn mərasimində minlərlə azərbaycanlı fəalın qarşısında çıxış edərək Azərbaycanın ictimai-siyasi proseslərdə passiv mövqedə olmadığını, lazım olduğu zamanı gücünü göstərəcəyini bildirmişdir.

 

Hər iki video sosial şəbəkələrdə geniş yayılıb və azərbaycanlı internet istifadəçilərinin dəstəyini qazanmışdır. Fəalın dosyesinə Təbrizdə özəl şəkildə baxılmasının səbəbi sözügedən videolarla bağlı ola bilər.

 

Abbas Lisani Azərbaycan Milli Hərəkatının tanınış simalarından biridir. O Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər həbs edilib, dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN