Abbas Lisaninin Ərdəbil zindanından başsağlığı mesajı…

Abbas Lisaninin Ərdəbil zindanından başsağlığı mesajı…

GünAz TV: Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan Milli Hərəkatının qocaman fəallarından olan Əziz Purvəlinin vəfatı münasibəti ilə Azərbaycan millətinə başsağlığı verib.

 

Hazırda Ərdəbil zindanında saxlanılan fəal, Əziz Purvəlinin ölümündən xəbər tutduqdan sonra cümə axşamı günü mərhumun ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq bu ağır itki münasibəti ilə Purvəli ailəsi, Milli Hərəkat fəalları və Azərbaycan millətinə başsağlı verib.

 

Əziz Purvəli mayın 23-də Təbrizdə xəstəlikdən vəfat edib. O həyatda olduğu zaman Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Azərbaycanlı fəallar ölümündən əvvəl xəstəxanada müalicə alan Əziz Purvəliyə dəfələrlə baş çəkiblər. Milli mübarizəyə görə həbs edilən siyasi məhbuslar, o cümlədən Abbas Lisani isə hər zəng etdikdə mərhum Purvəlini səhhəti ilə maraqlanıblar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN