Abbas Lisaninin oğlunun möhürlənmiş mağazasının müvəqqəti açılması barədə qərar qəbul edilib

2019-09-02

GünAz TV: Xəbər verdiyimiz kimi, Ərdəbil zindanında məhbus həyatı yaşayan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin ailəsinə edilən təzyiqlər müxtəlif formalarda davam edir.

 

Ötən həftə avqustun 28-də tanınmış fəalın oğlu Əli Lisaninin qızıl məmulatları təmiri mağazasının İctimai Məkanlara Nəzarət İdarəsi (Əmakin) tərəfindən möhürləndiyi barədə xəbər yaymışdıq. Son məlumata görə, Ərdəbil Şəhər Zərgərlər Dərnəyi avqustun 1-də plombun müvəqqəti olaraq (15 günlük) açılması barədə qərar qəbul edib.

Bu müddətdə Səlahiyyətli orqanlar Əli Lisaninin mağazası üçün tələb etdiyi lisenziyanın verilib və ya verilməyəcəyi haqda qərar qəbul edəcək.

 

Əli Lisani 2018-ci il dekabrın 8-də mağazasının bağlanması ilə bağlı İctimai Məkanlara Nəzarət İdarəsi tərəfindən xəbərdarlıq məktubu almışdır.

Həmin zaman Abbas Lisani bu işin arxasında təhlükəsizlik orqanlarının dayandığını bildirmişdir.

 

Ondan əvvəl isə Abbas Lisaninin kürəkəni Musa Qasimi oxşar problemlə üzləşib. Təhlükəsizlik orqanları Məhəmmədbaqir Universitetində podratçı kimi çalışan Musa Qasimini özlərinə məxsus üsullarla projedən uzaqlaşdırmışdır.

Musa Qasimi yaranan problemlə bağlı universitet məsullarına müraciət edincə, ona “biz bölücülərlə birlikdə işləmirik” deyə cavab verilmişdir.

 

Əli Lisani iki il əvvəl qızıl məmulatları təmiri mağazası açıb. O bunun üçün lisenziya almağa da çalışıb və aidiyyatı orqanlara müraciət edib. O iş yerinin möhürlənməsi ilə bağlı birinci xəbərdarlıq məktubunu aldıqdan sonra Ərdəbil Şəhər Zərgərlər Dərnəyinə müraciət edib. Dərnək məsulları problemlərin Ərdəbil Ettelaat İdarəsindən qaynaqlandığını bildirmişdir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Təbriz meri: koronavirusun yayılması yenidən fövqəladə səviyyəyə çatıb

2020-06-01

gun az article

“İranın idman məsulları 3 dəfə Traxtur komandasının çempion olmasının qarşısını alıblar”

2020-05-31

gun az article

Gilan əhalisinin 30 faizi türkdür deyən deputatın mandatı təsdiqlənməyib

2020-05-31

gun az article

Təbriz Şəhər Şurasının üzvü: şairlər məqbərəsində kəşf edilən tarixi əşyalar gizlədilib

2020-05-31

gun az article

Qərbi Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı xəbərdarlıq

2020-05-31

gun az article

Zəncanda geyim mağazaları iflas həddindədir

2020-05-31

gun az article

Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

2020-05-30

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2020-05-30

gun az article

Beyin ölümünə düçar olmuş 12 yaşlı təbrizli qızın bədən orqanları 5 xəstəyə həyat bəxş edib

2020-05-30

gun az article

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

2020-05-30

gun az article

Ərdəbil əyalətində 21 yeni koronavirusa yoluxma halı aşkarlanıb

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci il dönümü,Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında anıldı.

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azadlıq səsi: Xordad qiyamının ildönümü və 11-ci məclis açılışı

2020-05-29

gun az article

GünazTV May.29.2020-QADINCA: Azərbaycan cümhuriyetinin müstəqilliyinin 102-ci ili

2020-05-29

gun az article

Mərənd-Sofiyan yolunda baş verən avtomobil qəzasında 2 nəfər ölüb

2020-05-29

gun az article

Şərqi Azərbaycanda əhalinin 18%-i koronavirusa yoluxub

2020-05-29

gun az article

GünazTV May.28.2020-Sözümüz: Parçalanmış Azərbaycan və Ədəbi Körpü

2020-05-28

gun az article

GünazTV May.28.2020- Düşünməyə Çağrı: Quzey və Güney Azərbaycan Üçün 28 May'ın Önəmi

2020-05-28

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 4900-ü ötüb

2020-05-28

gun az article

Güney Azərbaycanın Ənquran mədəni 98 il talandıqdan sonra turizm mərkəzi olur

2020-05-28