Abbas Lisaninin oğurlanmasına etiraz olaraq şüarlar yazılıb, posterlər yayılıb – İslamşəhr və Ərdəbil şəhərlərində / GÖRÜNTÜ

Abbas Lisaninin oğurlanmasına etiraz olaraq şüarlar yazılıb, posterlər yayılıb – İslamşəhr və Ərdəbil şəhərlərində / GÖRÜNTÜ

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qanunsuz saxlanmasına etirazlar davam edir.

 

Məlumata görə, Tehran Əyalətinin İslamşəhr şəhərinin küçə və xiyabanlarında divarlara fəalın azadlığını tələb edən bir çox şüar yazılıb. “Biz İslamşəhr türkləri hamımız Abbas Lisaniyik”, “Abbas Lisani Azərbaycanın səsidir” və s. kimi şüarlara şəhərin müxtəlif məntəqələrində rast gəlinir.

 

 

 

Ərdəbil şəhərində isə bu məqsədlə neçənci dəfə olaraq poster hazırlanıb. Azərbaycanlı fəallar tərəfindən hazırlanan posterlər şəhərin ən hərəkətli yerlərində paylanılıb və bir çox divara yapışdırılıb.

 

Posterlərdə “Abbas Lisaniyə azadlıq, Biz hamımız Abbas Lisaniyik, Abbas Lisani məzlumların səsidir, Biz milli-mədəni fəalın azadlığa buraxılmasını tələb edirik” kimi sözlər yazılıb.

 

Tanınmış fəalın azadlığa buraxılması üçün sosial şəbəkələrdə keçirilən kampaniyaya qatılanların sayı da gündən-günə artır.

 

Ötən günlərdə Azərbaycan Respublikasının Müsavat partiyası, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı,  Dünya Azərbaycanlıları Konqresi və s. kimi təşkilatlar bəyanat yayaraq tanınmış fəalın qanunsuz saxlanmasına etiraz bildiriblər.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb, o sonra Ərdəbil Zindanının karantin bölümünə intiqal edilib.

 

Fəal saxlandığı gündən aclıq aksiyası keçirir, ona telefonla əlaqə saxlamaq icazəsi verilmədiyi üçün hansı vəziyyətdə saxlandığı barədə məlumat yoxdur. Fəalın ailə üzvləri bu barədə bir çox səlahiyyətli orqanlara müraciət edib. Ərdəbil Prokorurluğunda onlara bildirilib ki, növbəti xəbərdarlığa qədər onunla görüşmək mümkün deyil, o həkim nəzarətində saxlanılır.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN