Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın,ikinci dəfə verdiyi coronavirus testi neqativ çıxdı. Tramp bu testi sadəcə yeni cihazı sınaqdan çıxarmaq üçün verdim dedi.

2020-04-03 16:35

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın,ikinci dəfə verdiyi coronavirus testi  neqativ çıxdı. Tramp bu testi  sadəcə yeni cihazı sınaqdan çıxarmaq üçün verdim dedi. Testi bir dəqiqəyə verdi, cavabı isə 15 dəqiqəyə aldı.Prezident  Tramp  yeni tip coronavirusun yayılması səbəbi ilə insanların masqa taxması mövzusuna da aydınlıq gətirdi. Bununla bağlı qərarımız olacaq, amma indiki halda şal və şarflardan istifadə etməyinizi məsləhət görürəm dedi.

“ İnsanlar masqa taxmaq istəyirlərsə taxabilirlər. Ancaq unutmayın  şal ilə üzünüzü bağlamaq  daha yaxşıdır. Şal həm qalındır həm də qoruyur. Masqa taxmağı məcburi hala  gətirməyəcəyik.  İstəməyən taxmasın, belə bir məcburiyyət  yoxdur. "

Hökumət  sığortasız insanlar üçündə  plan hazırlayır. Tələbələrin  təhsil haqqları donduruldu. Test cihazları isə dayanmadan istehsal olunur. Gələn həftə bu sıraya daha  500 min cihaz əlavə ediləcək. Amerikalıların uzun müddətli sağlam cəmiyyətə qayıtması üçün tələblərə əməl olunması vacibdir. Bu keçəcək və biz daha güclü olacağıq ifadəsini işlədən Amerika prezidenti  ölkədə fövqəladə vəziyyət də elan etdi. O, önümüzdəki 4 həftənin Amerikallıların həyatında çox vacib olduğunu dedi. Amerikada  gündə ən azı  100 mindən artıq test edilir.Hava cihazlarını istehsal edəcək firmalar sırasına isə bu gün daha 6  şirkət qatıldı. Tramp, federal  hökumətin əlindən gələni etdiyini deyərək Nyu York üçün tibb işçilərinə  müraciət etdi.

 "Bu  dəqiqə  New Yorkda tibb işçilərinə ehtiyac  var. Virusdan  çox təsirlənməyən  bir ərazidəsinizsə və tibb işçisisinizsə, New Yorka  kömək olun.  Sizə həqiqətən  ehtiyacımız var. Eyni  şəkildə Louisiana və Michiganın da köməyə ehtiyacı var."

 Rusiyadan aldqları tibbi avadanlıqlar barədə danışarkən bunları söylədi. "Rusya gözəl bir təklif etdi, biz də qəbul etdik.Bu faktı rus propoqandası olaraq görmürəm”.Tramp, İran mövzusundan da yan keçmədi.İran iqtisadiyyatının böyük çətinliklər içində olduğunu deyərək,embarqoların azaldılması mövzusunda rəsmi Tehrandan heç bir istək olmadığını dedi.

“Iran əhalisi həqiqətəndə çoxlu zədə alıb.Hər tərəfdən zədə alırlar.İranın iqtisadiyyatı çöküb, hərbi itkiləri var  və caronavirusu da onlara zərbə vurub. Onlara  köməyə gəlincə, demək istəyirəm ki, İran gəlib bizimlə danışsın.Amma onlar bunu etməyəcək. Mən düşühürəm sadə insanlar Amerikanı sevirlər.Onlar  azadlığı da sevirlər.İran xalqı bizim sahib olduğumuza, sahib olmaq istəyir və bu onların haqqıdır.Mənim bir dostum İranda yaşayırdı və İran ətrafında möhtəşəm işlər görürdü. Onlar İranda çox uğurlu idilər və xalq da onları sevirdi. Əminəm iran xalqı bunu unutmayıb, çünki çox da uzaq tarix deyil.Məncə İran xalqı Amerikanı sevir. Biz hakimiyyəti dəyişmək istəmirik, çünki bu bir neçə dəfə baş verib və faydası olmayıb. Mən İrana açıq dedim ki, əgər İrana humanitar yardım lazımdırsa biz edə bilərik. İran hakimiyyəti çox aqressivdir.Obama ilə gərəksiz razılaşma etmişdilər.Obama onlara, 1,8 milyard  dollar nağd pul verdi, 150 milyardı isə hesablarına göndərildi. Həmin nəgd  pul, bu otağı 5 dəfə doldura bilərdi.Əgər onlara kömək lazımdırsa mən bu barədə düşünərdim. Coronovirus  İranda böyük zədə buraxıb və hələ də davam edir. Siz yazdığınıza, mən isə  gördüyümə inanıram, onlara kömək lazımdır və mən bunu etməyə hazıram”

Ən son məlumatlara görə, Amerika Birləşmiş Ştatlarında coronavirusuna tutulanların sayı  187 min , ölənlərin sayı isə 3846-dır.

 

GünazTV April.03.2020: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın,ikinci dəfə...

 

  Qənirə Ataş, GünazTV, Vaşinqton.

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Güney azərbaycanlı aşıq İslam Mirzayinin yas mərasimi keçirilib + VİDEO

2020-06-02

gun az article

Meşginşəhrdə 15 yeni tarixi məntəqə aşkarlanıb

2020-06-02

gun az article

Ərdəbildə davada xəsarət  alanların sayında 2.5% artım müşahidə olunur

2020-06-02

gun az article

Təbrizli sənətçilər Azərbaycanın Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində

2020-06-02

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım

2020-06-02

gun az article

GünazTV June.01.2020: PARLAQ GƏLƏCƏK:İran rejimi ABŞ etirazlarınan sui-istifadə edir, Güney Azərbaycanlıların köçmək səbəbi.

2020-06-01

gun az article

Milli fəal Yunis Quluzadə həbs cəzasının icrası üçün zindana gedib

2020-06-01

gun az article

Sərçəm-Ərdəbil magistral yolunda avtomobil qəzası: 1 nəfər yanaraq ölüb

2020-06-01

gun az article

İranın təhlükəsizlik qüvvələri kürd terrorçuları tərəfindən öldürülən azərbaycanlı əsgərlərin anım mərasiminin keçirilməsinə icazə verməyib + VİDEO

2020-06-01

gun az article

Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı artır: hər gün 160 nəfər

2020-06-01

gun az article

Təbriz meri: koronavirusun yayılması yenidən fövqəladə səviyyəyə çatıb

2020-06-01

gun az article

“İranın idman məsulları 3 dəfə Traxtur komandasının çempion olmasının qarşısını alıblar”

2020-05-31

gun az article

Gilan əhalisinin 30 faizi türkdür deyən deputatın mandatı təsdiqlənməyib

2020-05-31

gun az article

Təbriz Şəhər Şurasının üzvü: şairlər məqbərəsində kəşf edilən tarixi əşyalar gizlədilib

2020-05-31

gun az article

Qərbi Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı xəbərdarlıq

2020-05-31

gun az article

Zəncanda geyim mağazaları iflas həddindədir

2020-05-31

gun az article

Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

2020-05-30

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2020-05-30

gun az article

Beyin ölümünə düçar olmuş 12 yaşlı təbrizli qızın bədən orqanları 5 xəstəyə həyat bəxş edib

2020-05-30

gun az article

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

2020-05-30