Ana dilində təhsilə qoyulan qadağaya etiraz olaraq divarlara şüarlar yazılıb və vərəqələr paylanılıb – Təbrizdə / GÖRÜNTÜ

Ana dilində təhsilə qoyulan qadağaya etiraz olaraq divarlara şüarlar yazılıb və vərəqələr paylanılıb – Təbrizdə / GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycan və İranda təhsil müəssisələrinin açılışı ərəfəsində İranda ana dilində təhsilə qoyulan qadağaya qarşı etirazlar artıb.

 

Məlumata görə, azərbaycanlı fəallar Təbrizdə divarlara şüarlar yazaraq ana dilinin tədrisi ilə bağlı konstitusiyanın 15-ci madəsinin icra olunmamasına etiraz bildiriblər. Bu zəmində həmçinin şəhərin müxtəlif məntəqələrində əhali arasında vərəqələr paylanılıb və divarlara yapışdırılıb.

 

Divarlarda “Öz dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Türk dilində mədrəsə”, “15-ci maddə icra olunsun” və s. kimi şüarlara rast gəlinir. Paylanılan vərəqələrdə isə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Türk dili rəsmi olsun”, “Hanı mənim ana dilim?!”, “Dilsiz millət çəkər zillət” və s. kimi şüarlar dərc olunub.

 

Məlumata görə, fəallar ən çox məktəb divarlarına şüar yazıb və şəhərin hərəkətli yerlərində vərəqələr paylayıblar. Fəalların bu hərəkəti ana dilində təhsildən məhrum edilərək fars dilində təhsil almağa məcbur edilən milyonlarla azərbaycanlı uşağın fəryadını İran dövləti və yerli əhaliyə çatdırmağa hesablanıb.

 

Qeyd edək ki, İran və Güney Azərbaycanda sentyabrın 23-də (mehrin 1-i) yeni dərs ili başlayıb.

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN