Ankaranın keçmiş bələdiyyə başqanından “Barış pınarı” əməliyyatına dəstək verdiyi üçün cəzalandırılan “Traxtur” oyunçusuna dəstək

Ankaranın keçmiş bələdiyyə başqanından “Barış pınarı” əməliyyatına dəstək verdiyi üçün cəzalandırılan “Traxtur” oyunçusuna dəstək

GünAz TV: Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın “Traxtur” futbol komandasının oyunçusu Mehdi Bəbri İnstagram səhifəsində görüntü paylaşaraq Türkiyənin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatına dəstək nümayiş etdirdiyi üçün İran Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

 

Türkiyə paytaxtı Ankaranın keçmiş bələdiyyə başqanı İbrahim Məlih Gökçək Twitter səhifəsində bu məsələyə öz münasiətini bildirib.

 

“İran Futbol Federasiyası “Barış pınarı” əməliyyatını dəstəkləmək məqsədi ilə sosial şəbəkədə səhifəsində türk bayrağı və əsgərinin şəkilini paylaşan futbolçu Mehdi Bəbriyə idman meydanlarındakı fəaliyyətinə qadağa qoyub. Ar olsun sizə!

Bu oyunçu ən qısa zamanda bir Türkiyə klubuna transfer edilməlidir.”- deyə o qeyd edib.

 

İbrahim Məlih Gökçək ötən gün növbəti dəfə bu məsələyə münasibət bildirib. O səhifəsində yaydığı postda qeyd edib: “Bu ayıb İrana yetər. İran bu yanlışlığı düzəlt. Türkiyə Qərbə qarşı hər zaman İranın yanında olduğu zaman, siz belə bir ayrı-seçkiliyə necə yol verə bilərsiniz?”

 

Mehdi Bəbri oktyabrın 14-də türk əsgərlərinin şəkili ilə birlikdə Türkiyə bayrağını İnstaqram səhifəsində yaymışdır. Bundan sonra İran Futbol Federasiyasının Əxlaq Komitəsi Mehdi Bəbrinin əməlini “qeyri-əxlaqi və idman prinsiplərinə zidd” davranış kimi dəyərləndirərək onun futbol fəaliyyətinə müvəqqəti olaraq qadağa qoydu.

Bu məsələ Güney Azərbaycanla yanaşı türkiyəli soydaşlarımızın da etirazına səbəb oldu. Bu məqsədlə bir çox Türkiyə vətəndaşı İnstaqram və Twitter səhifələrində Mehdi Bəbriyə dəstək verən postlar paylaşdı. Bəzi sosial şəbəkə istifadəçiləri isə futbolçuya dəstək tələb edərək onun Türkiyə klublarına transfer edilməsini istədilər.

 

“Traxtur” oyunçusunun cəzalandırılması ilə bağlı xəbər Türkiyə mətbuatı, o cümlədən CNN TÜRK, Anadolu, “Yeni Şafak”, Bloomberg, “Son Dakika” və daha bir neçə mətbuat orqanında geniş şəkildə işıqlandırıldı.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN