Antoni Stokesdən “Traxtur” komandalarına maraqlı bayram hədiyyəsi – GÖRÜNTÜ

Antoni Stokesdən “Traxtur” komandalarına maraqlı bayram hədiyyəsi – GÖRÜNTÜ

GünAz TV: Təbrizin “Traxtur” futbol komandasının irlandiyalı hücumçusu Antoni Stokes oyunçusu olduğu komandanın tərəfdarlarına maraqlı Novruz bayramı hədiyyəsi təqdim edib.

 

Komanda üzvləri Novruz bayramı münasibəti ilə tətilə çıxdığı üçün Antoni Stokes vətəni İrlandiyaya gedib. O “Traxtur” tərəfdarlarını sevindirmək məqsədi ilə tətil günlərində də ürəyi komandanın yanında olduğunu diqqətə çatdırmaq istəyib. Futbolçu bu məqsədlə “Traxtur” oyunçularının köynəyini geymiş iki övladının şəkilini yayıb. Komanda tərəfdarları bu addımı bayram hədiyyəsi kimi qiymətləndirərək Antoni Stokes və “Traxtur” tərəfdarı olan övladlarına öz təşəkkürlərini bildirirlər.

 

Ulduz futbolçunun övladlarının aşağıdakı şəkili sosial şəbəkələrdə “Traxtur” tərəfdarları tərəfindən geniş şəkildə yayılıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN