Araz Obalı: “Xocalı kimi məsələlərdə İran hakimiyyətinin dediyi sözlərə yox, əməllərinə baxmaq lazımdır”

2019-02-28 16:57

GünAz TV: Uzun illərdir Azərbaycan Respublikasında yaşayan güney azərbaycanlı milli fəal Araz Obalı “Modern.az”a verdiyi müsahibədə “Niyə İranda da Xocalı aksiyaları keçirilmir...” sualı ətrafında danışıb.

 

Müsahibəni olduğu kimi təqdim edirik:

“Bir neçə gün öncə XX əsrin ən dəhşətli qətliamı - Xocalı soyqırımının 27-ci ildönümü qeyd olundu. Bu soyqırımı zamanı şəhid edilənlər dünyanın bir çox ölkələrində anıldı. Müxtəlif ölkələrdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər, aksiyalar, mitinqlər, yürüş və piketlər keçirildi.

Ancaq Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində qonşu İran  dövləti bu tədbirlərdən kənarda qaldı.

O İran ki, hər şeydən öncə islam dövlətidir. Təəssüf ki, cənub qonşumuz insanlığıa qarşı görünməmiş cinayətlər törədən erməni terrorçularına qarşı etiraz səsini qaldırmadı.

Nəzərə alsaq ki, İran həm də azərbaycanlıların kompakt yaşadığı regiondur, deməli, məsələnin bu cür cərəyan etməsində İran hakimiyyətinin “müstəsna” rolu var.

Bəs nəyə görə bəşəriyyətin faciəsi olan Xocalı soyqırımının ildönümləri İranda qeyd olunmur?

Uzun müddət İranda yaşamış, mühacirət etdikdən sonra artıq 12 ildir ki, Azərbaycanda məskunlaşan Araz Obalı Modern.az-a açıqlamasında mövzuya münasibət bildirib:

“Bu sualın cavabı aydın şəkildə bəllidir. İranın Qarabağın işğalı  məsələsində, eləcə də Ermənistan-Azərbaycan münasibətlərində mövqeyi ortadadır. İran çox zaman  sözdə “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. Qarabağ məsələsinin həlli ilə bağlı danışıqların tərəfdarıyam” deyir. Əməldə isə Ermənistana hər cür dəstək verir.  Ümumilikdə İran hakimiyyətinin dediyi sözlərə yox, əməllərinə baxmaq lazımdır. İran əməldə Ermənistanı himayə edir.  İşğal olunmuş torpaqlarımıza müxtəlif yollarla yardımlar  göstərilir. Eyni zamanda,  İrandan turistlərin Qarabağa aparılması reallıqdır. Açıq şəkildə deyə bilərik ki, İran Qarabağın işğalda qalmasında maraqlıdır. Qarabağa turistik turlar təşkil edir. Qazla, elektrik enerjisi ilə təmin edir”.

İranda Xocalı soyqırımının keçirilməməsinin əsas səbələrindən danışan Araz Obalı bildirib ki, buna mütləq şəkildə qadağa var:

“Əminliklə deyə bilərəm ki, Xocalı soyqırımı ilə bağlı heç bir tədbir keçirilmir. İranda olduğum vaxtlarda universitet səviyyəsində Xocalı soyqırımı ilə bağlı keçirtmək istədiyimiz tədbirlərə icazə verilməyib. Müxtəlif bəhanələr gətiriblər. Adi fotosərgiyə belə imkan vermirlər. İran bu məsələyə milli təhlükəsizliyi kimi baxır. Hakimiyyətin yuxarı dairələrində Xocalı həqiqətlərinə və ümumiyyətlə Azərbaycanla bağlı olan hər hansı bir tədbirin və ya aksiyanın keçirilməsinin qarşısının alınmasında  çox fəaldırlar”.

Araz Obalının  sözlərinə görə, İranın müsəlman ölkə olub-olmaması barədə müzakirə aparılmalıdır:

“Çünki bir daha deməkdə fayda var. İranın sözünə və əməlinə diqqət edəndə  sözdə müsəlman, əməldə anti-müsəlman ölkəsidir. İranın daxilində insanların çoxu müsəlman adı gələndə deyirlər ki, “xahiş edirəm, mənə bu cür mövzularla bağlı danışmayın! Bu söhbətlərdən bezmişəm”. Sözlə əməlin uyğun gəlməməsi Qarabağın işğalı mövzusunda da özünü gösdərməkdədir. Müsəlman torpağı işğal edilib və İran işğalçı ilə çox gözəl və qardaş kimi münasibətlər qurur.

İranda “Ararat” futbol komandası var. Ermənilərin yaratdığı futbol komandasıdır. Qarabağ müharibəsi vaxtında belə, ermənilərin çoxu həmin futbol komandasında hərbi təlimlər keçirdi. Bugünün özündə də “Ararat”ın əlində olan imkanlar yerli komandalarda yoxdur. Ermənilər İranda çox yaxşı biznes qura bilirlər. İranın müsəlman ölkəsi olmasına baxmayaraq, ermənilər içkini rahat içə bilirlər. Erməni qızları çox rahat şəkildə başıaçıq gəzirlər. Erməni lobbisi çox güclüdür. Ötən il erməni gəncləri 24 apreldə qondarma soyqırımı yürüyü keçirmişdilər. Həmin aksiyada Qarabağdakı separatçı rejimin “bayrağını” heç bir maneə olmadan əldə tutmuşdular. Bu, hər il təkrarlanmaqdadır. Ən sonda Paşinyanın İrana məlum səfəri zamanı çəkdiyi selfisi fonunda "Qarabağ Ermənistanındır” plakatını göz önünə gətirmək gərəkir.”"

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV July.14.2020-Özümüz: Babilik və Bahayilik Qacar Dönəmində

2020-07-15

gun az article

GünazTV July.14.2020 -GÜNDƏM MASASI: Terrorist Ermənistan hakimiyyəti və onun Türk düşmənliyi siyasəti

2020-07-15

gun az article

Urmiyada taksi sürücüləri etiraz aksiyası keçirib

2020-07-14

gun az article

GünazTV July.14.2020: Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayounun kəndlərinə hücumu beynəlxalq aləmdə reaksiyalar doğurmaqdadır

2020-07-14

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 590 nəfərə çatıb

2020-07-14

gun az article

Şərqi Azərbaycanda təqaüdçülərin 57%-i alıcılıq qabiliyyətini itirib

2020-07-14

gun az article

Şərqi Azərbaycanda 760 kənd içməli sudan məhrumdur

2020-07-14

gun az article

GünazTV June.13.2020: PARLAQ GƏLƏCƏK: İran rejimində zorla etiraf almaq və işgəncər, Çin və İran rejimi arasındakı anlaşmasına baxiş

2020-07-14

gun az article

Sel Güney Azərbaycanın müxtəlif bölgələrində fəsadlar yaradıb + VİDEO/FOTO

2020-07-13

gun az article

Güney azərbaycanlı deputatdan Azərbaycana dəstək: "Ermənistan təcavüzkardır"

2020-07-13

gun az article

Firdovsi şeirlərinin irqçi məzmununu tənqid edən azərbaycanlı jurnalist həbs edilib

2020-07-13

gun az article

Güney Azərbaycanda dəm qazı 2 ayda 31 nəfərin ölümünə səbəb olub

2020-07-13

gun az article

Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirus pandemiyası ilə bağlı yeni rəqəmlər açıqlanıb

2020-07-13

gun az article

Təbriz Şəhər Şurasının daha bir üzvü koronavirusa yoluxub

2020-07-13

gun az article

Sürgündə olan milli fəal Siyamək Mirzayi vətənə qayıdır

2020-07-13

gun az article

Ərdəbilin keçmiş deputatı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib

2020-07-13

gun az article

Siyasi fəal Fəramərz Bəxtiyar Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-12

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 570 nəfəri ötüb

2020-07-12

gun az article

Urmiyanın millət vəkili məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb edib

2020-07-12

gun az article

Mişo dağlarında baş verən yanğın söndürülüb

2020-07-12