Aşıq Heydər Mahmudinin anım mərasimi keçiriləcək – Həmədanda / VİDEO

Aşıq Heydər Mahmudinin anım mərasimi keçiriləcək – Həmədanda / VİDEO

GünAz TV: Ötən günlərdə həyatını dəyişən Güney Azərbaycanın qocaman ustad aşığı Heydər Mahmudinin anım mərasimi keçiriləcək.

 

Həmədanda keçiriləcək mərasimdə mərhum sənətkarın həyatı və sənət fəaliyyəti barədə məruzə ilə çıxış ediləcək, mərasimdə aşıq musiqisi ifa olunacaq.

 

Anım mərasimi iyulun 3-ü Təbriz vaxtı ilə saat 17:00-dan 19:00-dək Həmədanın Avini Mədəniyyət Kompleksində keçiriləcək.

 

https://www.youtube.com/watch?v=h2LoNSwnDPU

 

Güney Azərbaycanın tanınmış ustad aşıqlarından olan Heydər Mahmudi ötən həftə Həmədan şəhərində vəfat edib.

 

Uşaq yaşlarından aşıq sənəti ilə məşğul olan Heydər Mahmudi təxminən 70 il müddətində bu sənətə böyük töhfələr verib. O Qum-Sava-Həmədan aşıq məktəbinin məşhur saz-söz ustadlarından biridir.

Mərhum sənətkar Heydər Mahmudi iyunun 24-də Həmədanın “Bağ beheşt” qəbiristanlığında dəfn olunub. 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN