Az TV-də “Ciloluq” faciəsi haqda sənədli film yayımlanıb

Az TV-də “Ciloluq” faciəsi haqda sənədli film yayımlanıb

GünAz TV: Birinci dünya müharibəsi illərində Güney Azərbaycanın qərb bölgəsində erməni və asuri silahlı dəstələri tərəfindən törədilən “Ciloluq” faciəsi haqda Azərbaycanın dövlət televiziyasında sənədli film yayımlanıb.

 

Aprelin 24-ü, Bakı vaxtı ilə saat 21:30-da yayımlanan sənədli filmdə ermənilərin Azərbaycanda törətdiyi cinayətlər, o cümlədən Qərbi Azərbaycan Əyalətində baş verən faciə ilə bağlı raport təqdim olunub.

 

Filmdə Güney Azərbaycan Milli Hərəkatının siyasi fəallarından olan Məhsa Mehdizadə “Ciloluq” faciəsi ilə bağlı öz fikirlərini bildirib. Bu barədə geniş araşdırma aparan və bir neçə məqalənin müəllifi olan siyasi fəal erməni və asurilərin 1915-1918-ci illərdə Qərbi Azərbaycan Əyaləti, xüsusi ilə də Salmas və Urmiyədə törətdiyi cinayətlər barədə önəmli məsələlərə toxunub.

 

Mövzu ilə bağlı çıxış edən digər ekspertlər isə əsasən ermənilərin Azərbaycan Respublikası və Türkiyənin şərq bölgəsində törətdiyi cinayətlərə işarə ediblər.

Verişin videosu yaxın günlərdə saytımızda yayılacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN