Azərbaycan idmanına daha bir xəyanət: Təbriz Bələdiyyəsinin bütün idman komandaları ləğv edildi

Azərbaycan idmanına daha bir xəyanət: Təbriz Bələdiyyəsinin bütün idman komandaları ləğv edildi

GünAz TV: Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Əliyar Rastqu və Şəhər Şurasının islahatçı üzvlərinin müdaxiləsi nəticəsində Təbriz Bələdiyyəsinin bütün idman komandaları ləğv edilib.

 

Təbriz Şəhər Şurası üzvlərinin üçdə ikisi komandaların qalmasını müdafiə ediyi halda, Şəhər İcra Hakimiyyəti başçısı bununla razılaşmadığı üçün məsələyə Şərbi Azərbaycan Əyalətinin Münsiflər Heyəti baxıb. Şərqi Azərbaycan valisinin sədrliyi ilə keçirilən iclasda Binabın millət vəkili Ezazi, Əyalət Şurasının nümayəndəsi Mohebbi və Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisi Müzəffəri də iştirak edib. İclasda Əliyar Rastqu əlavə xərclərə qənaət etmək bəhanəsi ilə Bələdiyyə İdarəsinin bütün komandalarının ləğv edilməsini müdafiə edib, Əyalət Şurasının nümayhəndəsi isə buna qarşı çıxıb. Sonda Təbrizdə “Şəhrdari” adı daşıyan bütün idman komandalarının ləğv edilməsi haqda qərar çıxarılıb.

 

Məlumata görə, Təbriz Şəhər Şurasının sözdə islahatçı üzvü Fərəc Məhəmmədquluzadə komandaların ləğv edilməsi üçün xüsusi cəhd göstərib.

 

Bununla da Azərbaycan idmanına qarşı verilən qərar nəticəsində ölkədaxili və Asiya üzrə yarışlarda böyük uğurlara imza atan Təbriz Bələdiyyəsinin futbol, basketbol, voleybol, velosiped, şahmat və yüngül atletika komandalarının fəaliyyəti dayandırılıb. 25 il əvvəl yaradılan klubun bir gündə ləğv olunması şübhəsiz ki, Güney Azərbaycan idmanına böyük zərbə hesab olunur.

 

Bu barədə xəbər yayan “Fars” xəbər agentliyi bildirib ki, bütün idman növləri üzrə komandalar, xüsusi ilə də voleybol və basketbol komandalarının üzvləri “Şəhrdari” komandalarını saxlamaq üçün məsulları razı salmağa çalışırlar, bu istiqamətdə müəyyən işlər gedir, yekun nəticə yaxın gələcəkdə məlum olacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN