Azərbaycan İnsan Hüquqları Cəmiyyəti BMT-nin qərargahının önündə etiraz aksiyası keçirib – Cenevrədə / GÖRÜNTÜ

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti BMT-nin qərargahının önündə etiraz aksiyası keçirib – Cenevrədə / GÖRÜNTÜ

GünAz TV: Dr. Jalə Təbrizinin müdiri olduğu Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti, Güney Azərbaycandakı vəziyyətlə bağlı Cenevrədə BMT-nin qərargahının önündə etiraz aksiyası keçirib.

 

Dinc keçirilən aksiya noyabrın 29-u yerli vaxtla saat 13:30-da başlayaraq bir saat davam edib.

 

Məlumata görə, icazəli aksiya “İran Azərbaycanında mövcud vəziyyəti qınamaq üçün yığıncaq” mövzusu əsasında keçirilib.

 

Aksiya iştirakçıları həbs edilən güney azərbaycanlı fəalların şəkillərini nümayiş etdiriblər. Görüntülərin altında ingilis dilində “Azərbaycanlı məhbusları azad edin” şüarı yazılıb.

 

Yığıncaqda ana dili və Urmu gölü ilə bağlı plakatlar da qaldırılıb. Noyabr ayında bahalığa qarşı İran və Güney Azərbaycanda keçirilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələri tərəfindən öldürülənlərin şəkilləri də ayrıca nümayiş etdirilib.

 

 

 

 

 

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN