Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin üzvü Şərifə Cəfəri BMT-nin azlıqlar məsələləri üzrə forumunda çıxış edib – VİDEO

Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin üzvü Şərifə Cəfəri BMT-nin azlıqlar məsələləri üzrə forumunda çıxış edib – VİDEO

GünAz TV: Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin üzvü olan Şərifə Cəfəri BMT-nin azlıqların məsələləri üzrə 12-ci forumunda Güney Azərbaycan türklərinə qarşı edilən ayrı-seçkiliklər haqda çıxış edib.

 

Dr. Jalə Təbrizinin müdiri olduğu Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti noyabrın 27-dən 29-dək Cenevrədə keçirilən forumda aktiv iştirak edib.

 

Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin üzvü Şərifə Cəfəri iclasda etdiyi çıxışda əsasən Güney Azərbaycanın ana dilində təhsil məsələsinə üstünlük verib. O bildirib ki, son 40 il ərzində 30 milyondan çox əhalinin dili olan Azərbaycan türkcəsinə heç bir əhəmiyyət verilməyib. İranda digər etniklərin dili də bu vəziyyətdədir. İran rejimi ana dilində təhsil tələb edənlərə bölücülük damğası vurur. Onlara ağır həbs cəzası verir.

 

Şərifə Cəfəri çıxışında son vaxtlar İran rejiminin Güney Azərbaycan şəhərlərində tətbiq etdiyi “farsca yetərlilik” testinə də xüsusi diqqət çəkib. O bildirib ki, bu layihəyə görə fars dilini başa düşməyən azərbaycanlı uşaqlar məktəblərdə təhsil almaq hüququndan məhrum olacaq. Bu, irqçilikdir, İran hökuməti irqçi layihəni ləğv etməli və türk dilində təhsil hüququnu tanımalıdır.

 

Şərifə Cəfərinin ingilis dilində etdiyi çıxışı aşağıdakı videodan olduğu kimi izləyə bilərsiniz:

 

https://www.youtube.com/watch?time_continue=8&v=R_4iUmwTt_0&feature=emb_logo

 

Xəbər verdiyimiz kimi, forumda Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Dr. Jalə Təbrizi də çıxış etmişdir:

 

https://www.youtube.com/watch?time_continue=1&v=PgmGnhp3YXE&feature=emb_logo

 

Dr. Jalə Təbrizi forumla bağlı Azərbaycan türkcəsində  ətraflı məlumat verib:

https://www.youtube.com/watch?time_continue=28&v=IZJamf5UoCs&feature=emb_logo

 

 

 

N.S

 

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN