Azərbaycan Mədəni Universitetində türk dilinin tədris ilə bağlı etiraz yığıncağı: “Ruhani, Ruhani – Vədlərin bəs hanı?!” – VİDEO / GÖRÜNTÜ

Azərbaycan Mədəni Universitetində türk dilinin tədris ilə bağlı etiraz yığıncağı: “Ruhani, Ruhani – Vədlərin bəs hanı?!” – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Fevralın 12-də Azərbaycan Mədəni Universitetinin türk öyrənciləri, universitetdə türk dili və ədəbiyyatının tədris olunmadığı üçün etiraz yığıncağı keçiriblər.

 

Öyrəncilər ədəbiyyat fakultetinin salonunda bir araya gəlib.

 

Bəzi öyrəncilər üzərində “Azərbaycan var olsun – İstəməyən kor olsun” və “Ölüm olsun faşizmə” şüarı yazılmış plakatlar nümayiş etdiriblər.

 

https://www.youtube.com/watch?time_continue=13&v=uCXL91wuoEM

 

 

Türk dili və ədəbiyyatının universitetdə tədris olunması və konstitusiyanın ana dilinin tədrisi ilə bağlı 15-ci maddəsinin icra olunmasını tələb edən öyrəncilər gur səslə “Ruhani, Ruhani – Vədlərin bəs hanı?!” və “Öz dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndiriblər.

 

https://www.youtube.com/watch?v=RxNTPjZ7jWI

 

 

Etiraz yığıncağında “Dilsiz millət – Çəkər zillət”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Urmu gölü dolmadı – Öz dilimizdə mədrəsəmiz olmadı”, “Günəş hələ sönməyib – Ana dili ölməyib”, “Biz ölməyə hazırıq – Səttarxan sərbazıyıq”, “Haray, Haray mən türkəm”, “İşıq hələ sönməyib – Azərbaycan ölməyib” və s. kimi şüaralar da səsləndirilib.

 

Etiraz yığıncağının heç bir təşkilat vəya düşərgəyə bağlı olmadığı, sadəcə öyrəncilər tərəfindən müstəqil şəkildə keçirildiyi bildirilir.

 

Azərbaycan Mədəni Universitetinin rektoru Həsən Vəlizadə öyrəncilərin etiraz yığıncağından təxminən iki saat sonra universitetin Şəhriyar Amfiteatrına gələrək öyrəncilərə türk dili və ədəbiyyatının tədris olunacağı, hətta bu ixtisas üzrə öyrənci qəbul olunacağı haqda vəd verib.

 

Sözügedən öyrənciləri 2017-ci il noyabrın 7-də universitetin rektoruna məktub ünvanlayaraq təhsil müəssisəsində türk dili və ədəbiyyatı fənninin tədris olunmasını tələb ediblər, lakin bu günə qədər bu istiqamətdə hər hansı addım atılmayıb.

 

Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra qəbul edilən İran Konstitusiyasının (Anayasa) 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də tədris olunub və öyrənilməsində hər hansı maneənin olmadığı yazılır. Həmin maddəyə əsasən türk dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlanmalıdır. Lakin məlum olduğu kimi, İranda yaşayan millətlərin ana dillə bağlı hüquqları hətta Konstitusiyada qeyd olunan səthdə belə tanınmır və bununla əlaqədar 15-ci maddə bu günə qədər icra olunmayıb. Hazırda onlarla mədəni fəal ana dilini müdafiə etdiklərinə görə İran zindanlarında məhbus həyatı yaşayır.

 

Hal-hazırda uzun illər mübarizədən sonra yalnız Təbriz, Urmiyə, Marağa və Urmiyənin Texnologiya Universitetlərində türk dili və ədəbiyyatı fənni tədris olunur. Türk dili dərsi öyrəncilər üçün məcburi deyil, buna baxmayaraq çox sayda öyrənci bu dərsliyi könüllü şəkildə seçir.

 

Konstitusiyanın 15-ci maddəsinin icrası, Türk Dili və Əədəbiyyatı Mədəniyyət Evinin yaradılması və Urmu gölünün canlandırılması İran prezidenti Həsən Ruhaninin seçkiqabağı təbliğat-təşviqat dönəmində azərbaycanlılara verdiyi əsas vədlər olub. 5 il müddətdən sonra verilən vədlərdən heç bir yerinə yetirilməyib.

 

Azərbaycan Mədəni Universitetində keçirilən etiraz yığıncağından görüntülər:

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN