“Azərbaycan Mədəniyyət Ocağı Dərnəyi” İran islahatçılarının terrorçu Öcanalanın azadlığa buraxılmasını tələb edən müraciətini pisləyib

“Azərbaycan Mədəniyyət Ocağı Dərnəyi” İran islahatçılarının terrorçu Öcanalanın azadlığa buraxılmasını tələb edən müraciətini pisləyib

GünAz TV: “Azərbaycan Mədəniyyət Ocağı Dərnəyi” PKK terror qruplaşmasının qurucusu və ilk lideri olan Abdulla Öcalanın azadlığa buraxılmasını tələb edən İran islahatçılarının müraciətini qınayıb.

 

Məlumata görə, İranda sözdə islahatçı adlanan 35 siyasi fəal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edərək terrorçubaşı A.Öcalanın azadlığa buraxılmasını tələb ediblər.

 

Məktubu imzalayanlar arasında Abdulla Rəməzanzadə, Calal Calalizadə və Hasil Dase kimi adlar var.

 

“Azərbaycan Mədəniyyət Ocağı Dərnəyi” 40 min günahsız insanın öldürülməsinə səbəb olan qatilə dəstək verənlərlə bağlı bəyanat yayıb.

 

Quranın qisas hökmü ilə bağlı olan ayəsi ilə başlayan bəyanatda islahatçıların terrorçuya dəstək verməsi kəskin şəkildə pislənilib.

 

“Bəzi banda təşkilatlarının aparıcı qüvvələri seçkilər yaxınlaşdığı bir vaxtda dost və qonşu ölkə Türkiyənin prezidentinə məktub yazaraq PKK və “Pejak” terrorçularının başçısının azadlığa buraxılmasının tələb ediblər. Görünür ki, onlar qüdrətə çatmaq üçün istənilən vasitədən istifadə edir. Görəsən onlar özlərini minlərlə şəhidin vəkili hesab edir? Söhbət bağışlamaqdan gedirsə, islam dini əfv yolunu göstərib.

“Azərbaycan Mədəniyyət Ocağı Dərnəyi”nin üzvləri və tərəfdarları olaraq istənilən terror aktını, terrorizmi və irqçiliyinin bütün təzahürlərini qınayırıq. Biz islam dini və dünya icttimaiyyətinin qatil və terrorçu kimi tanıdığı A.Öcalanın azadlığını tələb etməyi şəhidlərin qanına xəyanət kimi qəbul edir və kəskin pisləyirik. Bundan əlavə, bu zəmində səlahiyyətli məsulları tənqid edərək belə bir özbaşınalığa yol verən qüvvələrlə uzlaşmağın qəbahət olduğunu düşünürük. Biz ölkənin Partiyalar Evinin məsullarından təşkilatların fəaliyyəti ilə bağlı qanunlara riayət etməyərək belə bir məntiqsiz hərəkətə yol verən təşkilat aparıcılarına qarşı tədbir almalarını tələb edirik.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN