“Azərbaycan Mədəniyyət Ocağı” Urmiyədə türkcə məhəllə adlarının dəyişdirilməsi barədə xəbərdarlıq edib

“Azərbaycan Mədəniyyət Ocağı” Urmiyədə türkcə məhəllə adlarının dəyişdirilməsi barədə xəbərdarlıq edib

GünAz TV: “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi Urmiyədə Şəhər Şurasının kürd üzvlərinin təzyiqi ilə türkcə məhəllə və digər yer adlarının dəyişdirilməsi haqda xəbərdarlıq edib.

 

Dərnək bu barədə bir mətn yayaraq Urmiyə rəhbərliyini uyarıb.

 

“Şəhər Şurasının kürd üzvləri Bələdiyyə İdarəsi və digər məsullara seçki təbliğatına yönəlmiş hay-küylü təzyiq göstərir. Onların Urmiyədə kafe və digər obyektlərin türkcə yazılan lövhələrinin yığışdırılması haqda təzyiqləri davam edərsə, şəhərdə yaranacaq çaxnaşmanın məsuliyyəti bu işin qarşısını almayanların üzərinə düşəcək.

“Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi olaraq təfrəqə salan davranışları pisləyərək məhəllələrin türkcə adlandırılmasını dəstəkləyir və bələdiyyə başçısı, həmçinin Şəhər İcra Hakimiyyəti başçısından hörmətsizliyə yol verən və populist şəxslərin fəallaşmasına qarşı tədbir almalarını gözləyirik. Şübhəsiz ki, Urmiyənin dəyərli əhalisi bu istiqmaətdə hər hansı sözləşmə və güzəştə getməyi bağışlamayacaq.”- deyə mətndə qeyd olunub.

 

Məsələyə Urmiyənin millət vəkillərinin müdaxilə etməsini də tələb edən “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi mətnin sonunda vurğulayıb ki, şəhərdə türkcə yazılan lövhələr yığışdırılarsa, dərnək Şəhər Şurasının qarşısında etiraz aksiyası keçirmək üçün Urmiyə Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

 

“Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyinin məlumatına əsasən radikal kürd cərəyanına bağlı sayt və kanallar Şəhər Şurasının iki kürd üzvünə (Xalid Hatəmi və Əbdulrəhman Nəqşin) dəstək verərək məhəllələrə ad verməklə bağlı Bələdiyyə İdarəsinə təzyiq göstərir və türkcə yazılan lövhələrin yığışdırılmasını tələb edirlər.

 

Urmiyə Şəhər Şurasının 11 üzvü var, üzvlərdən 4-ü mühacir kürdlərdəndir.

 

“Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi (AMO) 2017-ci il payızın birinci ayında təsis edilib. Qeyr-Hökumət Təşkilatı kimi fəaliyyət göstərən dərnək ictimai məsələlər və vətəndaş hüquqları mövzusunda fəaldır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN