Azərbaycan Milli Hərəkatının bayrağı Milli Qiyam zamanı şəhid olmuş sulduzlu soydaşlarımızın məzarı başında dalğalandı – GÖRÜNTÜ

Azərbaycan Milli Hərəkatının bayrağı Milli Qiyam zamanı şəhid olmuş sulduzlu soydaşlarımızın məzarı başında dalğalandı – GÖRÜNTÜ

GünAz TV: Azərbaycanlı milli fəallar, Güney Azərbaycan Milli Hərəkatının bayrağını 2006-cı ildə baş verən Milli Qiyamda canlarını fəda etmiş şəhidlərin məzarı başında dalğalandırıblar.

 

Məlumata görə, iyulun 3-də bir qrup azərbaycanlı milli-mədəni fəal 2006-cı il may hadisələrində Sulduzda şəhid olmuş soydaşlarımızın məzarını ziyarət ediblər.

 

Şəhidlərin dəfn edildiyi qəbiristanlığa gedən fəallardan biri GünAz TV-yə bir neçə görüntü göndərərək bildirib ki, “Azərbaycan Milli Hərəkatının bayrağını Sulduz şəhidlərinin məzarı üstünə çəkdik.”

 

Fəallar, şəhid məzarları üstünə “Görüşümüz  iyulun 5-i və 6-da Babək qalasında” yazılmış kağızlar da qoyublar.

 

Azərbaycanlı fəallar ötən günlərdə Güney Azərbaycan Milli Hərəkatının bayrağını Qəzvin şəhərinin “Qədim Tehran Darvazası”nın divarından da asmışdılar.

 

Xatırladaq ki, 2006-cı ilin may ayında Güney Azərbaycanın bütün şəhərlərində fars irqçiliyinə qarşı kütləvi etiraz aksiyaları keçirildi. Milli Qiyam adı ilə Azərbaycan tarixinə düşən hadisələrdə onlarla soydaşımız İranın təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticələrində şəhid oldu. Onlardan 4-ü (Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi) Sulduzda keçirilən aksiyalarda şəhid olub və yaşadıqları şəhərin qəbiristanlığına dəfn edilib.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN