Azərbaycan Milli İstiqlal Partiyası mətbuat xidmətinin Abbas Lisani haqda Bəyanatı

Azərbaycan Milli İstiqlal Partiyası mətbuat xidmətinin Abbas Lisani haqda Bəyanatı

GünAz TV: Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat xidməti yanvarın 15-də Təbriz məhkəməsində oğurlanadaq Ərdəbil zindanına aparılan tanınmış güney azərbaycanlı fəal Abbas Lisani haqda Bəyanat yayıb.

Bəyanatda bildirilir:

“Bakı şəhəri İran hakimiyyətinin Güneydə yaşayan soydaşlarımıza, milli fəallara və ziyalılara qarşı repressiyasının yeni dalğası başlayıb. Beynəlxalq saksiyalara məruz qalandan sonra rejim daxili problemələrinin həll etməyin yolunu ona etiraz səsini ucaldanları əzmək, susdurmaq, zindanlara atmaq kimi qeyri-insani metodlarını geniş şəkildə işə salıb. Milli ictimai-siyasi fəal Abbas Lisaninin mərhum sənətkar Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə həbs edilməsi məhz buna əyani misaldır. İran rejimi qondarma ittihamlarla A.Lisanini həbs etməklə kifayətlənməyərək, ona və ailəsinə də işgəncələr verməkdədir. Rəsmi Tehran hesab edir ki, repressiyalarla, işgəncələrlə, fiziki və mənəvi terrorla Güneyli soydaşlarımızın milli müqavimətini, iradəsini və azadlıq istəklərini sındıra, bütöv bir milləti əsarətdə saxlamaqda davam edə biləcək. Azərbaycan Milli İstiqlal Partiyası milli ictimai-siyasi fəal Abbas Lisaninin taleyindən narahatlığını ifadə etməklə yanaşı, İran rejimindən tezliklə onu azadlığa buraxmasını tələb edir. Eyni zamanda partiya mütərəqqi beynəlxalq ictimaiyyəti, yerli və xarici insan haqları müdafiəçilərini A.Lisani də olmaq üzrə Güney Azərbaycanda rejimin zülümü altında əzilən milyonlara insanın taleyinə biganə qalmamağa çağırır.”

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN