Azərbaycan şəhərləri arasında nifaq salmağa çalışan Ərdəbilin imam cüməsindən geri addım – VİDEO

Azərbaycan şəhərləri arasında nifaq salmağa çalışan Ərdəbilin imam cüməsindən geri addım – VİDEO

GünAz TV: Ötən günlərdə ərdəbilli gəncləri Təbriz əleyhinə etiraza çağıran Ərdəbilin imam cüməsi Həsən Amuli geri addım ataraq Təbriz şəhərini böyük qardaş adlandırıb.

 

Bu barədə cümə namazı xütbələrində danışan H.Amuli bundan əvvəlki çıxışında xüsusi məqsəd güdmədiyini deyib.

 

“Təbriz ağadır (böyükdür), ağa da qalacaq.Təbriz əhalisi hər zaman bizim böyük qardaşımız olub, belə də olacaq. Təbriz dünya azərbaycanlılarının fəxridir və hər zaman da belə qalacaq”- deyə o mövzu ilə bağlı çıxışının bir hissəsində qeyd edib.

 

İmam cümə vurğulayıb ki, Daxili İşlər Nazirliyinin inzibati ərazi bölgüsü ilə bağlı qərarı ləğv olunub və “İmarət” kəndi Ərdəbil Əyalətinin tərkibində qalıb.

 

H.Amuli ötən günlərdə ərdəbilli gənclərlə Təbrizin əleyhinə etiraz aksiyası keçirməyi planlaşdırdığını bildirmişdir. O Ərdəbil Əyalətində yerləşən “İmarət” kəndinin Daxili İşlər Nazirliyi tərəfindən Şərqi Azərbaycan Əyalətinə ilhaq edilməsi ilə bağlı xəbər yayıldıqdan sonra belə bir açıqlama ilə çıxış etmişdir.

 

İmam cümənin Azərbaycan şəhərləri arasında təfrəqə salmağa yönələn çıxışı soydaşlarımızın və bəzi yerli məsulların kəskin etirazı ilə qarşılandı.

 

Daxili İşlər Nazirliyi 2018-ci il noyabrın 6-da Ərdəbilin Germi məntəqəsində yerləşən “İmarət” kəndinin Şərqi Azərbaycanın Hurand məntəqəsinə ilhaq edilməsi barədə qərar qəbul etmişdir.

 

https://www.youtube.com/watch?time_continue=16&v=tVyMHZCTL1M

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN