Azərbaycanın müxtəlif şəhərlərində onlarla “Traxtur” tərəfdarı saxlanılıb

Azərbaycanın müxtəlif şəhərlərində onlarla “Traxtur” tərəfdarı saxlanılıb

GünAz TV: Xəbər verdiyimiz kimi, mayın 1-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “Perspolis” komandası arasında görüş keçirilib.

 

Hökumətin dəstəklədiyi komanda ilə görüşdə onlarla soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Saxlanılanlardan azərbaycanlı fəallar Aşan Sadiqi, Əsgər Fərəci, Şahin Bərzgər və Əkbər Mühacirin kimliyi müəyyənləşib.

 

 

 

Məlumata görə, oyun bitdikdən sonra tutulan Aşan Sadiqi və Əsgər Fərəcinin harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

 

 

 

Çərşənbə günü səhər saatlarında saxlanılan Şahin Bərzgər və Əkbər Mühacir isə oyun yekunlaşdıqdan sonra sərbəst buraxılıb.

 

“Traxtur”-“Perspolis” görüşü günü Təbrizə gələn “Traxtur” tərəfdarlarının avtobusu Qəzvində durdurulub, onların avtobusla Təbrizə tərəf hərəkət etməsinə icazə verilməyib. Məlumata görə, qəzvinli komanda tərəfdarlarından ikisi saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Bundan əlavə, görüşə bir neçə gün qalmış çox sayda azərbaycanlı fəal və “Traxtur” tərəfdarına zəng edilərək onlara stadiona getməklə bağlı xəbərdarlıq edilib. Hətta bəzi fəallar bununla əlaqədar təhlükəsizlik orqanlarına çağırılıb.

 

Görüşün keçirildiyi gün “Traxtur” tərəfdarlarını daşıyan avtobuslar Zəncan, Miyana, Urmiyə və Qəzvində təhlükəsizlik qüvvələri tərəfindən durdurulub. Təhlükəsizlik qüvvələri sərnişinləri endirərək onların hərəkətinə mane olublar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN