Azərbaycanlı boksçu “Traxtur” bayrağı ilə ringə çıxıb

Azərbaycanlı boksçu “Traxtur” bayrağı ilə ringə çıxıb

GüAz TV: Güney Azərbaycanın Qoşaçay şəhərindən olan boksçu Türkiyədə “Traxtur” komandasının bayrağı ilə ringə çıxıb.

 

Qarışıq Döyüş Sənətləri (Mixed Martial Arts) yarışlarında iştirak edən Əhəd Qurbani bütün komandalar arasında ən güclü idmançılardan biridir.

 

Videoda göründüyü kimi, Əhəd Qurbani “Traxtur” bayrağı və türklərə məxsus papaqla ringə çıxıb. İdmançının daşıdığı bayraqda latin və ərəb əlifbalarında “Yaşasın Azərbaycan” və “Yaşasın “Traxtur”” sözləri yazılıb. Onunla birlikdə ringə çıxan idmançı isə “Yaşasın Qoşaçay”, “Yaşasın Azərbaycan” və s. yazılmış banner nümayiş etdirib.

 

Əhəd Qurbaninin çıxışı Türkiyənin TV8.5 telekanalından canlı olaraq yayımlanıb.

 

Azərbaycanlı idmançının bu hərəkəti türkiyəli tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Əhəd Qurbani bundan əvvəl bir neçə dəfə “Mixed Martial Arts” yarışlarında böyük uğurlara imza atıb.

 

Video:

https://www.youtube.com/watch?time_continue=12&v=XIKzpn95I0o

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN