Azərbaycanlı çempion qazandığı medalları selə məruz qalan türkmənlərə bağışlayıb

Azərbaycanlı çempion qazandığı medalları selə məruz qalan türkmənlərə bağışlayıb

GünAz TV: Güləş üzrə çempion, azərbaycanlı məşhur idmançı Mustafa Quluzadə qazandığı qızıl, gümüş və bürünc medallarını “Türkmən səhra” sel bölgəsinin əhalisinə bağışlayıb.

 

Marağalı idmançı çərşənbə günü “Qonbəd Kavus”da medallarını təbii fəlakətlərdən zərərçəkənlərə təqdim edərkən Gülüstan Əyalətində sel fəlakətinin baş verməsindən çox təsirləndirini bildirib.

 

Güləşçi ölkə üzrə keçirilən yarışlarda əldə etdiyi medalların sel bölgəsinin əhalisinə bağışlamaqla bağlı öz məşqçisi ilə məsləhətləşdiyini də diqqətə çatdırıb.

 

Azərbaycanlı idmançı Marağa idman camiəsi tərəfindən təbii fəlakət bölgəsinə yardım karvanı göndərildiyini də bildirib. Onun sözlərinə görə, yardımlar çörək, su, konservləşdirilmiş məhsullar və dava-dərman kimi zəruri məhsullardan ibarət olub.

 

Mustafa Quluzadə əlavə edib ki, Marağa idman camiəsinin göndərdiyi yardımlar “Türkmən səhra”da Əhalinin Yardımlarını Qəbul edən Mərkəzə təhvil verilib, yardımlar təxminən 200 milyon rial dəyərində olub.

 

İran dövləti türkmənlərə düzgün yardım etməkdə tərəddüd etdiyi bir vaxtda Azərbaycan türkləri yardım toplama kampaniyası keçirir. Sel bölgəsinə əhali tərəfindən göndərilən birinci yardım karvanı Güney Azərbaycanın Ərdəbil şəhərindən olub.

 

Son günlərdə Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və s. şəhərlərindən çox sayda milli-mədəni fəal türkmən bacı və qardaşlarına yardım etmək məqsədi ilə sel bölgəsinə gediblər, azərbaycanlıların təbii fəlakət bölgəsinə yardımları davam edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN