Azərbaycanlı fəal Əli Xeyrcu: Ərdəbilin millət vəkilləri “Heyran gədiyi” hadisələri ilə bağlı məsuliyyət daşıyır – VİDEO

Azərbaycanlı fəal Əli Xeyrcu: Ərdəbilin millət vəkilləri  “Heyran gədiyi” hadisələri ilə bağlı məsuliyyət daşıyır – VİDEO

GünAz TV: Güney Azərbaycanda “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən ayırıb Gilana ilhaq edilməsi ilə bağlı cəhdlərə qarşı etirazlar durmadan genişlənir.

 

Məsələ ilə bağlı ərdəbilli milli-mədəni fəallardan biri bazar günü Astara şəhərinə gedərək orada Azərbaycana qarşı irəli sürülən iddiaları sərt şəkildə qınayıb.

 

“Mən Azərbaycan türk milləti qarşısında məsuliyyət hissi keçirdiyim üçün Azərbaycanın liman şəhəri olan Astaraya gəldim, buradan Ərdəbil və Rəşt şəhərlərinin məsullarına deyəcək sözlərim var”- deyə o sözlərinin bir hissəsində bildirib.

 

Rəşt rəhbərliyini əhalini yanlış siyasətlərinə oyuncaq etməməyə çağıran azərbaycanlı fəal Ərdəbilin yerli məsullarını tarixi yaxşı oxumağa və Azərbaycan türk millətinin hüquqlarını tələb etməyə mağırıb.

 

O çəkdirdiyi videoda “Heyran gədiyi”nə şeir də həsr edib.

 

Əli Xeyrcunun sözlərinin öz dilindən eşitmək üçün aşağıdakı videoya müraciət edə bilərsiniz:

 

https://www.youtube.com/watch?v=LJ0o2PQdOAs

 

 

Bundan öncə azərbaycanlı fəallar Əfşar Mohebb və Kiyanuş Aslani də “Heyran gədiyi” ilə bağlı Gilan rəhbərliyinin irəli sürdüyü iddiaları qınayan video yaymışdılar.

 

Xatırladaq ki, son günlərdə Ərdəbilin “Heyran gədiyi” ərazisini Gilan Əyalətinə birləşdirməklə bağlı Gilan rəhbərliyinin irəli sürdüyü əsassız iddialar azərbaycanlıların geniş etirazına səbəb olub. Bir çox soydaşımız, o cümlədən Astara əhalisi isə vaxtı ilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb edir. Təəssüflər olsun ki, etirazçılar arasında Tehran rejiminin tapşırığı ilə hərəkət edən yerli məsullar, o cümlədən millət vəkilləri yer almır. Bu günə qədər yalnız Urmiyənin millət vəkili Nadir Qazipur “Heyran gədiyi” ətrafında baş verən hadisələrə konkret mövqe bildirərək Gilan rəhbərliyinin ərazi iddiasını açıq şəkildə pisləyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN