Azərbaycanlı fəal Hamid Yeganepur Polis İdarəsinə çağırılaraq sorğu-suala tutulub – Muğanda

Azərbaycanlı fəal Hamid Yeganepur Polis İdarəsinə çağırılaraq sorğu-suala tutulub – Muğanda

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal mühəndis Hamid Yagenepur Marağa Şəhər Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılıb.

 

Məlumata görə, fəal idarəyə müraciət etdikdən sonra bir neçə saat sorğu-suala tutulub.

 

Azərbaycanlı mədəni fəallardan olan Hamid Yeganepur yazıçıdır. Bəzi mənbələr onun son vaxtlar qələmə aldığı məqalələrlə bağlı Polis İdarəsinə çağırıldığını bildirir.

 

Fəalın məqalələrindən biri İrandakı ağır iqtisadi vəziyyətlə bağlıdır, digər məqaləsi isə “Ana dilim mənim qırmızı xəttimdir” adlanır. Bu məqalə İranın təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars dillərinə qarşı irqçi açıqlamasına cavab olaraq yazılıb. Məqalədə nazirin açıqlaması kəskin pislənilib və ölkə konstitusiyasına uyğun olaraq türk dilinin tədris olunması tələb olunub.

 

Mühəndis Hamid Yeganepur Marağa şəhərində bizneslə məşğul olur, o şəhər üzrə biznesmən hüquqları müdafiəçilərindən biridir. Azərbaycanlı fəal bundan əvvəl imzatoplama kampaniyası keçirərək vergilərin məntiqsiz artırılmasına etiraz bildirmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN