Azərbaycanlı fəal meşələrin qorunması üçün beynəlxalq təşkilatlardan yardım istədi / Kəsilmiş ağaclar Təbrizin çıxışında depolanıb – VİDEO

Azərbaycanlı fəal meşələrin qorunması üçün beynəlxalq təşkilatlardan yardım istədi / Kəsilmiş ağaclar Təbrizin  çıxışında depolanıb – VİDEO

GünAz TV: Güney Azərbaycanın Qaradağ məntəqəsində meşə ağaclarının İranın şimal bölgəsindən gələn ağac şirkətləri tərəfindən kəsilməsi ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olub.

 

Bu barədə azərbaycanlı milli-mədəni fəal Davud Şiri Twitter səhifəsində iki post paylaşıb. İngilis dilində yazılan postlarda Güney Azərbaycanda ətraf mühitin qorunması üçün beynəlxalq təşkilatlardan yardım tələb olunub.

 

“Xahiş olunur ki, İranın şimal-qərb bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Qaradağ meşələrinin qorunmasında bizə yardım edəsiniz. İranda ətraf mühit təşkilatları çox passivdir, ona görə də böyük həcmdə ağaclar kəsilir”- deyə tvitdə bildirilib.

 

İkinci tvitdə isə belə qeyd olunub:

“Dünya və Azərbaycanın ətraf mühiti təhlükə altındadır. Qaradağ meşələrinin yardıma ehtiyacı var. Lütfən bizə yardım göstərin. Hökumət və onun ətraf mühit təşkilatları İranda ətraf mühitin qatilləridir.”

 

 

Bu arada Təbrizdən gələn xəbərə görə, şəhərin çıxışında çox sayda kəsilmiş ağacın depolandığı bildirilir.

 

Bostanabad- Təbriz caddəsinin 20 kilometyrliyindən yayılan bir vodeoda ölkənin şimal bölgəsinin fabriklərinə daşınacaq ağaclar görünməkdədir.

 

https://www.youtube.com/watch?time_continue=4&v=N1BS7_hyM68

 

Bu zəmində Kəleybərin millət vəkili ötən günlərdə şimal bölgəsinə aid ağac şirkətlərinin Qaradağ meşələrinə üz tutduğunu bildərərək ağacların kəsilməsi və Azərbaycan meşələrinin çöllük əraziyə çevriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.

“Təəssüflər olsun ki, Qaradağda əhali maddi ehtiyaclarını təmin etmək üçün ağaclarını kəsərək satır. Bu məsələ bölgənin ətraf mühiti üçün ciddi problem yaradır.

Məsullar bildirir ki, ölkənin şimal bölgəsinin meşələri üçün 10 il vaxt nəzərdə tutulub. Bu müddətdə həmin meşələrin ağacları kəsilməyəcək, ona görə də bir ildən çoxdur ki, ağac şirkətləri Kəleybər bağlarına üz tutub. Hazırda Qaradağ məntəqəsinin ağacları şirkətlər tərəfindən sürətlə kəsilir”- deyə Quliullah Quluzadə sözlərinin bir hissəsində qeyd edib.

 

Ötən günlərdə Əhər Qaradağ məntəqəsindən yayılan videolarda bir çox ağacların kəsildiyi məlum oldu. Bu hadisə bir çox soydaşımızın kəskin etirazı ilə qarşılanıb.

Güney Azərbaycanda yaşıllıq məntəqəsinin az olması ilə bağlı problem yaşanır. Ağac şirkətlərinin Qaradağ məntəqəsinə üz tutması çoxlarına Urmu gölü böhranını xatırladır. Bu göl də dövlət orqanlarının laqeyd münasibəti nəticəsində ağır böhrana düçar olub. Ətraf mühitlə bağlı oxşar hadisə Qaradağ məntəqəsində də təkrar oluna bilər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN