Azərbaycanlı fəallar “Məşrutə Evi”ndən antitürk qüvvələrə xəbərdarlıq etdilər – GÖRÜNTÜ

Azərbaycanlı fəallar “Məşrutə Evi”ndən antitürk qüvvələrə xəbərdarlıq etdilər – GÖRÜNTÜ

GünAz TV: Ötən günlərdə tanınmış paniranist Cavad Təbatəbayinin Məşrutiyyətin İldönümü mərasimi ilə bağlı Təbrizə dəvət olunmasına etirazlar davam edir.

 

Məlumata görə, bir qrup azərbaycanlı milli-mədəni fəal çərşənbə axşamı günü “Təbriz Məşrutə Evi”nə gedərək oradan antitürk qüvvələrə irqçi hərəkərlərinin təkrar edilməsi ilə bağlı xəbərdarlıq ediblər.

 

Bu məqsədlə fəallar əllərində bir neçə yazılı kağız nümayiş etdirib. Kağızlarda “Burası Təbriz, şovinistə yer yoxdur”, “Ölüm olsun faşistə”, “Haray Haray mən türkəm” və “Azərbaycan var olsun , İstəməyən kor olsun” şüarlarının yazıldığı görünür.

 

Avqustun 5-də Təbrizdə keçirilən “Məşrutiyyət Fərmanının ildönümü” mərasiminə antitürk mövqeyi ilə tanınan məşhur paniranist Cavad Təbatəbayi də dəvət olunmuşdur. Lakin Azərbaycan əhalisi və Milli Hərəkat fəallarının kəskin etirazı onun çıxışının ləğv olunmasına səbəb oldu.

 

Məlumata görə, sözdə islahatçılar tərəfindən idarə olunan “Azərbaycan İnkişaf Evi” Cavad Təbatəbayini mərasimə çıxışçı kimi dəvət olunmasını istəyib. Bu təklif Təbriz Universiteti, Şərqi Azərbaycan Mədəni İrs İdarəsi və Şərqi Azərbaycan Valiliyində yuva salmış paniranistlər tərəfindən dəstəklənib. Azərbaycanlıların kəskin etirazı Cavad Təbvatəbayinin çıxışının ləğv oluynması ilə nəticələndi, bundan sonra müxtəlif orqanlar bir-birlərini məşhur paniranisti mərasimə dəvət etməkdə ittiham etdilər.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN