Azərbaycanlı fəallar “Qarabağ” komandasının İran televiziyasında lağa qoyulmasına etiraz bildiriblər – Tehranda / GÖRÜNTÜ

Azərbaycanlı fəallar “Qarabağ” komandasının İran televiziyasında lağa qoyulmasına etiraz bildiriblər – Tehranda / GÖRÜNTÜ

GünAz TV: Tehran sakini olan bir qrup azərbaycanlı fəal “Qarabağ” komandasının İran televiziyası aparıcıları tərəfindən lağa qoyulmasını qınayıblar.

 

Fəallar bu məqsədlə oktyabrın 4-də, Azərbaycanın “Qarabağ” və İngiltərənin “Arsenal” komandalarının görüşü zamanı Tehranın Azadi meydanında etiraz posteri nümayiş etdiriblər.

 

Posterdə fars dili və Azərbaycan türkcəsində “Bütün dünya cənnət olsa, Mənə olmaz Qarabağ” sözü yazılıb. Yazının altında isə “Təqdim olunur irqçi aparıcıya: Əhmədi” ifadəsi dərc olunub.

 

Oktyabrın 3-də “İdman Raportu” (Qozareş vərzeşi) televiziya verilişində Məhəmmədrza Əhmədi və Rza Cavdani Azərbaycanın “Qarabağ” komandasını lağa qoyaraq gülüblər.

 

Komanda ilə bağlı bir neçə cümlə danışan iki aparıcı canlı verilişdə Azərbaycana qarşı nifrətlərini bu şəkildə nümayiş etdiriblər.

 

Hiss olunur ki, aparıcılar “Qarabağ” komandası və onun təmsil etdiyi ölkəni zəif göstərmək məqsədi ilə gülürlər.

 

Farsdilli aparıcıların bu hərəkəti azərbaycanlı internet istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb.

 

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN