Azərbaycanlı fəallar Təbiət Günündə mədəni fəaliyyətlərini davam etdirib

Azərbaycanlı fəallar Təbiət Günündə mədəni fəaliyyətlərini davam etdirib

GünAz TV: Aprelin 2-də Güney Azərbaycanın müxtəlif şəhər və kəndlərində Təbiət Günü qeyd olunub.

 

Təbiətin qoynunda keçirilən mərasimlərdə Azərbaycan musiqisi ifa olunub, milli rəqslərimiz nümayiş etdirilib.

 

Təbiət Gününü qeyd edən azərbaycanlı fəallar bu önəmli gündə mədəni fəaliyyətlərini də unutmayıblar. Onalar müxtəlif vasitələr, o cümlədən kitab və braşura paylamaq, plakat qaldırmaq, bozqurd işarəsi tutmaq və s. kimi yollarla təbiətə çıxan soydaşlarımız arasında təbliğat aparıblar.

 

Məlumata görə, müxtəlif məntəqələrdə Urmu gölünün qurudulmasına etiraz edilib, “Heyran gədiyi”nin Gilana birləşdirilməsi uğrundakı cəhdlər pislənilib və azərbayc anlkı siyasi məhbusların azadlığa buraxılması tələb olunub. Bəzi yerlərdə, o cümlədən Şərqi Azərbaycanın Xosrovşah şəhərində Azərbaycan bayrağının dalğalandığı bildirilir.

 

Şərqi Azərbaycan – Xosrovşah:

 

Ərdəbil – Heyran gədiyi:

 

Tehran:

 

Mərəndin Yamçı şəhərində Urmu gölü böhranı haqda paylanılan braşuralar:

 

Urmiyə və Salmasda ana dili haqda paylanılan kitablar:

 

Urmu gölü ətrafı – Qalqaçı kəndi:

https://www.youtube.com/watch?time_continue=26&v=Pb1NuNq3foc

 

Təbrizin Acıçayı – Uşaqlar Urmu gölünün qurudulmasına etiraz edir:

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN