Azərbaycanlı fəallar və Təbrizin millət vəkili ustad Həsən Dəmirçinin müalicə aldığı xəstəxənaya gediblər – GÖRÜNTÜ

Azərbaycanlı fəallar və Təbrizin millət vəkili ustad Həsən Dəmirçinin müalicə aldığı xəstəxənaya gediblər – GÖRÜNTÜ

GünAz TV: Azərbaycan Milli Hərəkatının bir qrup fəalı tanınmış milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçi ilə görüşmək məqsədi ilə onun müalicə aldığı “Ali nəsəb” xəstəxanasına gedib, lakin onlara görüş icazəsi verilməyib.

 

İyunun 9-da görüşə gedən fəalların arasında ustad H.Dəmirçinin dostları və təbrizli incəsənət xadimləri də olub.

 

İyunun 8-də də tanınmış musiqiçinin görüşünə çox sayda milli-mədəni fəal gedib, lakin təhlükəsizlik qüvvələri icazə vermədiyi üçün onların görüşü baş tutmayıb.

 

 

Məlumata görə, xəstəxanaya müraciət edənlərin heç birinə Həsən Dəmirçi ilə görüş icazəsi verilmir. Bu günə qədər yalnız xəstənin ailəsi, o da müəyyən vaxt və şəraitdə onunla görüşə bilib.

 

İyunun 9-da Həsən Dəmirçi ilə görüş üçün “Ali nəsəb” xəstəxanasına gedənlərdən biri də İran parlamentinin sədr müavini Məsud Pezeşkiyan olub. Deyilənlərə görə, onun xəstəxanaya getməsi H.Dəmirçinin müalicə prosesi ilə tanış olmaq məqsədi güdüb.

 

Səssiz bir şəkildə xəstəxanaya gedən Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Uşkaya) İran parlamentindəki millət vəkilindən sadəcə bir şəkil yayılıb, şəkildə onun xəstənin ailəsi ilə söhbət etdiyi görünür.

 

 

Son günlərdə Şərqi Azərbaycan təhlükəsizlik orqanlarının bir neçə məsul şəxsi də Həsən Dəmirçinin müalicə aldığı xəstəxanaya gedib, bu haqda mətbuatda heç bir məlumat yayılmayıb.

 

Ürək infarktı keçirən tanınmış fəal may ayının əvəllərində “Ali Nəsəb” xəstəxanasına yerləşdirilib, o ürəyindən cərrahi əməliyyat olunub.

 

Həsən Azərbaycan adı ilə tanınan Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN