Azərbaycanlı fəalların çağırışı nəticəsində selə məruz qalan türkmənlərə yardımlar artır – VİDEO / GÖRÜNTÜ

Azərbaycanlı fəalların çağırışı nəticəsində selə məruz qalan türkmənlərə yardımlar artır – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Novruz bayramı günlərində “Türkmən səhra” bölgəsini sel bürüməsi və ölkə rəhbərliyinin bu məsələyə laqeyd qalması bir çox azərbaycanlı fəalı hərəkətə gətirdi, artıq Azərbaycanın əksər şəhərlərində yardım toplama mərkəzləri  təşkil olunub, fəallar hər kəsi türkmən bacı və qardaşlarımıza yardım etməyə çağırır.

 

Dövlətin yüksək rütbəli şəxsləri bölgəyə getmədiyi bir vaxtda Ərdəbil şəhərindən birinci yardım karvanı sel bölgəsinə göndərildi və bu istiqamətdə fəaliyyətlər davam edir.

 

Urmiyə şəhərində də türkmən qardaşlarımıza yardım toplamaq üçün çox sayda mərkəz təşkil edilib. Əhalinin yardımı gün keçdikcə artır. “Təkəmçilər” (Novruz mərasimlərini icra edən qruplardan biri) də əhaliyə qoşularaq türkmənlərə yardım etməyə çalışırlar.

 

https://www.youtube.com/watch?time_continue=33&v=hFfnTUX7paA

 

 

Təbrizin müxtəlif məntəqələrində təşkil olunan yardım toplama mərkəzləri də ciddi şəkildə fəaliyətini davam etdirir.

 

https://www.youtube.com/watch?v=gCbhF4YXqUo

 

Azərbaycanlı fəallar oxşar mərkəzləri Marağa, Zəncan, Sulduz, Xoy, Quşçu, Mərənd, Yamçı, Makı, Qoşaçay, Şot, Məlikan (Məlik kəndi) və s. kimi şəhərlərdə yaradıblar.

 

Məlumata görə, əhali yardımlarını rəsmi orqanlar və dövlət nümayəndələrinə vermək istəmir, onlar yardımlarını azərbaycanlı fəallara təhvil verməyi üstün tutur.

 

Tanınmış azərbaycanlı müğənni Əli Pormehr isə İnstaqram səhifəsində bir post paylaşaraq Türkiyə və Azərbaycan Respublikasındakı konsertlərindən əldə etdiyi qazancın bir hissəsini selə məruz qalan türkmən qardaşlarına bağışlayacağını bildirib.

 

 

 

 

 

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN