GünAz TV: Bir qrup azərbaycanlı gənc alpinist Babək qalasına (Bəzz qalası) çıxaraq orada yüksək vətənpərvərlik və milli duyğylarla dolu olan şeirlər səsləndiriblər.
“Dağ-daş Əhər” Dağçılıq İdman Klubunun alpinistlərinin simvolik xarakter daşıyan yürüşü aprelin 6-da baş tutub.
Videoda göründüyü kimi milli-mədəni fəallardan biri Azərbaycandakı mövcud vəziyyətə etiraz olaraq şeir səsləndirib, şeirdə Urmu gölü, Dağlıq Qarabağ, “Traxtur” komandası və Azərbaycanın tarixi şəxsiyyətlərinin adları çəkilib.
https://www.youtube.com/watch?time_continue=19&v=s6UInudrYKI
Kəleybər şəhərinin təxminən 3 kilometrliyində yerləşən Babək qalası Güney Azərbaycanda müqavimət simvolu kimi qəbul olunur. Azərbaycanlı fəallar 1998-ci ildən bu tarixi məkana kütləvi şəkildə yürüş edir, İran rejiminin Azərbaycana qarşı həyata keçirdiyi ayrı-seçkilik siyasətini pisləyərək Azərbaycan türk millətinin demokratik və milli hüquqlarını tələb edirlər.

N.S