Azərbaycanlı gənclər bu şəhəri öz doğma kimliyi ilə təqdim etməyə çalışır - “Təbriz 2018”-də

Azərbaycanlı gənclər bu şəhəri öz doğma kimliyi ilə təqdim etməyə çalışır - “Təbriz 2018”-də

GünAz TV: Xəbər verdiyimiz kimi, Təbriz şəhəri 2018-ci ilin islam dünyasının turizm paytaxtı seçilib.

 

Bu fürsətdən istifadə edən azərbaycanlı gənclər doğma şəhəri xarici turistlərə türk kimliyi ilə tanıtdırmaq üçün müxtəlif vasitələrə əl atır. Rejim isə bunun tam əksini edir. Hökumət orqanları tərəfindən şəhərdə asılan bannerlər üzərində coğrafi adlar olduğu kimi deyil, fars adları ilə təqdim olunur. Məsələn “Göy məscid”in adı farscaya tərcümə olunaraq “Məscid-i kəbud” kimi göstərirlir. Halbuki, dünyanın heç bir yerində coğrafi adlar tərcümə edilmir.

 

 

Soydaşlarımızdan biri milli kimliyimizi tanıtdırmaq uğrunda çox vacib addım ataraq avtomobilinin şüşəsi üzərində “Mən türkəm” sözünü yazdırıb. “Təbriz 2018” loqosu ilə şəhəri gəzən avtomobilin şüşəsi üzərində “El gölü”nün şəkili də əks olunub.

 

 

“Təbriz 2018” layihəsi o halda start götürüb ki, hökumət şəhərdə bir neçə banner və poster asmaqdan başqa heç nə etməyib. Ötən günlərdə Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi sözügedən layihə üçün dövlət tərəfindən ayrılan 700 milyard tümən məbləğdən yalnız 10 milyard tümən məbləğin ödənildiyini bildirmişdir.

 

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN