Azərbaycanlı gənclər “Qum təpə”nin məhv edilməsinə etiraz edir – VİDEO

Azərbaycanlı gənclər “Qum təpə”nin məhv edilməsinə etiraz edir – VİDEO

GünAz TV: Bir qrup azərbaycanlı millətçi gənc martın 23-də “Qum Təpə” ərazisinə toplaşaraq tarixi məkanın məhv edilərək sıradan çıxarılmasına etiraz ediblər.

 

Novruz bayramı günlərində “Qum təpə”yə baxış keçirən fəallar səlahiyyətli orqanlar, xüsusi ilə də Ətraf Mühit Təşkilatına etiraz bildirərək ərazidən qum və çınqıl götürülməsinin dayandırılmasını tələb ediblər.

 

Gənclərdən biri “Qum təpə”nin son vəziyyəti haqda danışıb.

“9 qum təpəsindən yalnız biri qalıb. Hazırda ağır texnika və yükləyici təkərlərinin izi sonuncu təpənin altında görünür. Demək ki, bunu da götürməyə başlayıblar.

Azərbaycanın ona qeyrət çəkən nə məsulu, nə də valisi var. Azərbaycan sahibsizdir!”- deyə ətraf mühit tərəfdarı deyib.

 

https://www.youtube.com/watch?time_continue=2&v=Q0Fj245uwps

 

 

Fevralın 28-də də bir qrup azərbaycanlı ətraf mühit tərəfdarı tarixi məkanın məhv olunmasına etiraz olaraq əraziyə toplaşmışdır.

 

Hazırda kiçik səhra sayılan “Qum Təpə”nin əsas hissəsi məhv edilib, onun təxminən 5 faizi qalıb. Son 10 il ərzində fürsətçilər gəlir əldə etmək məqsədi ilə bu tarixi məntəqənin qum və çınqılını daşıyıb onun biri istisna olmaqla  bütün təpələrini sıradan çıxarıblar. Buna Ətraf Mühit Təşkilatı şərait yaradıb və bu talançılığın qarşısı hələ də alınmır. “Qum Təpə”nin təxminən 6 kvadrat kilometr sahəsi olub.

Sözügedən məntəqə Güney Azərbaycanda Təbriz və Sofiyan şəhərlərinin arasında yerləşir. Bu məntəqənin bölgənin əsas turist mərkəzlərindən birinə çevrilmək imkanı var, bunun üçün bütün təbii və coğrafi şərait mövcuddur. Buna baxmayaraq dövlətin laqeyd münasibəti nəticəsində bölgə əhalisi bu imkandan bəhrələnə bilmir.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN