Azərbaycanlı gənclərin futbol görüşündə şüarı: “Azərbaycan yatmayıb – Türkməni atmayıb”

Azərbaycanlı gənclərin futbol görüşündə şüarı: “Azərbaycan yatmayıb – Türkməni atmayıb”

GünAz TV: Martın 4-də Urmiyənin “Urmiyə 90” futbol klubu Xürrəmşəhrin “Karun Ərvənd” komandasını Təxti stadionunda qəbul edib.

 

Oyun zamanı yerli komandanın azərbaycanlı tərəfdarları selə məruz qalan “Türkmən səhra” bölgəsinin türkmən əhalisinə dəstək nümayiş etdirib. Onlar İran rejiminin təbii fəlakətdən zərərçəkənlərə laqeyd münasibətinə reaksiya olaraq “Azərbaycan yatmayıb – Türkməni atmayıb” şüarı səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=3&v=3O9xtSwAfTo

 

“Urmiyə 90”-nın tərəfdarları kürd terror qruplaşmalarının Güney Azərbaycanın qərb bölgəsinə gülünc ərazi iddiası və İran rejiminin “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən ayıraraq Gilan Əyalətinə ilhaq etmə cəhdinə də reaksiya veriblər. Soydaşlarımız bununla bağlı “Urmiyə Azərbaycanın ürəyidir” və “Heyran gədiyi Azərbaycanın ayrılmaz parçasıdır” məzmununda şüarlar yazılmış plakatlar nümayiş etdiriblər.

 

Sözügedən oyun 2:0 hesabı ilə “Urmiyə 90” komandasının xeyirinə yekunlaşıb.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN