Azərbaycanlı millət vəkili: Ərdəbil İranın ögəy əyalətidir – VİDEO

2018-04-09 12:54

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərinin İran parlamentindəki millət vəkili dövlətin Ərdəbil əyalətinə qarşı ardı kəsilməyən ayrı-seçkilik siyasətlərini tənqid edərək təmsil etdiyi əyaləti İranın ögəy əyaləti adlandırıb.

 

Bu barədə Südeyif Bədri aprelin 8-də parlamentdəki çıxışında danışıb.

 

“Ərdəbil Əyaləti Azərbaycan Respublikası ilə qonşudur, onunla yüzlər kilometr sərhədi var. Lakin ölkə prezidenti Həsən Ruhaninin ötən günlərdə Azərbaycana etdiyi səfərdə İran heyətini heç bir ərdəbilli məsul, iş adamı, hətta vali belə müşayiət etmədi. Bu, inanılmaz dərəcədə təəcüblüdür.”- deyə o söhbətinin bir hissəsində qeyd edib.

 

Azərbaycanlı millət vəkili İran rejiminin Ərdəbilə olan laqeyd münasibətini bu sözlərlə dilə gətirib: “Dövlətin Ərdəbil Əyalətinə qarşı ardı kəsilməyən ayrı-seçkilik siyasəti səbəb olub ki, gənclər Ərdəbilə “ögəy əyalət” adı versinlər.”

 

https://www.youtube.com/watch?v=zi3jniAC3f8

 

 

S.Bədri İran Mədəni İrs Təşkilatı və onun Ərdəbil Şöbəsinin təmsil etdiyi əyalətə olan münasibətlərini xüsusi olaraq tənqid edib. “Meşginşəhrdə neçə min illik tarixi olan “Şəhər yeri” baxımsızlıqdan sıradan çıxmaz üzrədir, bu məkan təmami ilə unudulub. Bu vəziyyətin davam etməsi tarixdə bir qara ləkə kimi qalacaq”- deyə o vurğulayıb.

 

Ərdəbil Mədəni İrs Təşkilatının rəisi Kərim  Hacızadə ötən il “Şehər yeri”nin dağılıb məhv olması məsələsini gündəmdən çıxarmaq üçün “Şəhər yeri” və Köhnə qalada müşahidə olunan dağıntıları təbii hadisə adlandırmışdır.

 

Ərdəbilin millət vəkili sözlərinin davamında bölgənin turizm sahəsinə toxunaraq Novruz bayramı günlərində onminlərlə insanın Azərbaycan Respublikası və Türkiyəyə getməsini yanlış idarəçiliklə əlaqələndirib. O vurğulayıb ki, “səlahiyyətli məsullar belə davam edərsə, əhali yaxın gələcəkdə günlük məişət ehtiyaclarını ödəmək üçün Bakı vəya Van kimi şəhərlərə üz tutmalı olacaq.”

 

Ərdəbil Əyaləti böyük iqtisadi potensiala malik olduğu halda, bu əyalət ölkənin iqtisadi baxımdan ən zəif əytalətləri sırasındadır. Rejimin ayrı-seçkilik siyasəti nəticəsində uzun illərdir bu əyalətdə sərmayə yatırılmır. Bölgədə yeganə böyük sənaye müəssisəsi sayılan Ərdəbil dəmir əritmə zavodu isə özəl şirkət kimi fəaliyyət göstərir. Hətta bu müəssisə son vaxtlar maliyyə problemlərindən dolayı fəaliyyətini dayandırıb.

 

N.S

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.04.2020-Sözümüz: Azərbaycan Dirəniş Ədəbiyyatı

2020-05-05

gun az article

GünazTV June.05.2020: Azadlıq səsi: İranda irqçilik və inkar siyasəti

2020-06-05

gun az article

GünazTV June.05.2020-QADINCA: "İranda namus qətlləri"

2020-06-05

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

2020-06-05

gun az article

İran televiziyasından növbəti anti-Azərbaycan addım: tanınmış pendir brendinə qarşı təxribat + VİDEO

2020-06-05

gun az article

Ərdəbilli sənətçilərin  İranda olan repressiyaya qarşı performans əsəri  – VİDEO

2020-06-05

gun az article

Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib

2020-06-05

gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02