Azərbaycanlı millət vəkili Təbrizin “Maşınqayırma” zavodunun gizli şəkildə özəlləşdirilməsinə etiraz bildirib

Azərbaycanlı millət vəkili Təbrizin “Maşınqayırma” zavodunun gizli şəkildə özəlləşdirilməsinə etiraz bildirib

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili  Məhəmməd İsmayıl Səidi hökumət orqanlarının Təbriz Maşınqayırma zavodunu gizlə şəkildə özəlləşdirdiyinə etiraz edib.

 

O zavodun özəl sektora buraxılması ilə bağlı “Təbriz Bidar” agentliyinə danışıb.

 

“Biz hər şeydən əvvəl maşınqayırma zavodunu yenidən gücləndirmək istəyirdik.  Ona görə ki, bu zavod bölgə üçün önəmli sənaye müəssisəsidir və əyalətin sənaye və iqtisadiyyatının inkişafında böyük rol oynaya bilər.

Biz zavodun əhəmiyyətini nəzərə alaraq bu müəssisənin satılması və ya kiməsə ötürülməsi prosesini diqqətlə izləyirik. Hətta bu barədə Özəlləşdirmə Təşkilatı və digər səlahiyyətli orqanlara məktublar ünvanlamışıq”- deyə o bildirib.

 

Millət vəkili zavodun fiziki şəxsə ötürülməsi ilə bağlı raport verilmədiyinə etiraz bildirərək qeyd edib ki, “Biz iki həftə öncə zavodun buraxıldığı şəxs və Özəlləşdirmə Təşkilatının məsularından parlamentə gəlmələrini, özəlləşdirmə prosesi ilə bağlı yerli millət vəkillərinə məlumat vermələrini tələb etdik. Təəəssüflər olsun ki, bu günə qədər tanımadığımız sözügedən şəxs parlamentə gəlmədi. Bununla da özəlləşdirmə prosesinin gizli keçirilməsi bizdə belə bir sual yaratdı ki, nə üçün bu proses açıq şəkildə aparılmır?!”

 

“Hər halda bizi zavodun taleyi ilə bağlı bir çox məsələ düşündürür: Zavod hansı məbləğə özəlləşdirilib? Zavodun mülkiyyətinin olan obyektlərin taleyi necə olacaq? Zavodun yeni rəhbərlinin gələcək üçün strategiyası nədən ibarətdir? və s. Bu günədə qədər bu suallarımız cavabsız olaraq qalır”- deyə millət vəkili vurğulayıb.

 

Təbriz Maşınqayırma Zavodu Azərbaycanın çox önəmli sənaye müəssisələrindən biridir, son vaxtlar zavod dövlətin yalnış siyasətləri nəticəsində bir çox problemlə üz-üzə qalıb. Zavodun özəlləşdirmə adı ilə hökumət rəsmilərinə yaxın şəxslərə buraxılması məsələsi, yerli əhali və bəzi millət vəkillərinin ciddi etirazına səbəb olub.

Ötən illərdə Şərqi Azərbaycanda 25-dən çox sənaye müəssisəsi dövlət tərəfindən özəl müəssisə və ya fiziki şəxslərə ötürüb, onlardan hazırda ən azı 21-i ciddi maliyyə sıxıntısı ilə üz-üzədir. Sənaye müəssisələrini alanların əksəriyyəti hökumət rəsmilərinə yaxın şəxslərdir. Buna görə də, yerli əhali Təbriz Maşınqayırma Zavodunun özəlləşdirilməsindən ehtiyat edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN