Azərbaycanlı millət vəkili təhsil nazirinin üzr istəməsini tələb edib

Azərbaycanlı millət vəkili təhsil nazirinin üzr istəməsini tələb edib

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərinin İran parlamentindəki millət vəkili Tağı Kəbiri İranda ana dillərinin tədrisinə qarşı çıxış edən təhsil naziri Məhəmməd Bəthayinin üzr istəməsini tələb edib.

 

O bu barədə bazar günü parlamentdəki çıxışı zamanı danışıb.

 

Məclisin xəbər agentliyinin yaydığı məlumata görə, millət vəkili çıxışında ictimaiyyətin bu məsələyə münasibətinə də toxunub.

“Həssas bir nazirliyyə rəhbərlik edən bir şəxsin ölçüsüz və qeyri-peşəkarcasına açıqlama verib ana dillərinin tədrisinin qadağan olduğunu bildirməsi böyük təəssüf doğurur. İctimaiyyətin minimum gözləntisi təhsil nazirinin üzr istəməsidir”- deyə o bildirib.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub, aradan iki həftədən çox vaxt  keçməsinə baxmayaraq etirazlar davam edir.

 

Bu müddətdə Güney Azərbaycanın bir çox şəhərində divarlara “Türk dili bizim qırmızı xəttimizdir” şüarları yazılıb. Təhsil nazirinin irqçi açıqlaması azərbaycanlı sosial şəbəkələr istifadəçiləri tərəfindən də şiddətlə pislənilir.

Bu məsələ Azərbaycan əhalisi ilə yanaşı bir sıra yerli məsullar, o cümlədən millət vəkillərinin də etirazına səbəb olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN