Azərbaycanlı ruhani “Perspolis” tərəfdarlarının işğalçı Ermənistana dəstək vərməsi ilə bağlı İran rəsmilərinə etiraz edib – VİDEO

Azərbaycanlı ruhani “Perspolis” tərəfdarlarının işğalçı Ermənistana dəstək vərməsi ilə bağlı İran rəsmilərinə etiraz edib – VİDEO

GünAz TV: Azərbaycan Respublikasının adi əhalisi ilə yanaşı müxtəlif ictimai-siyasi təşkilatlar, hətta bəzi dini dairələr İranda “Perspolis” komandası tərəfdarlarının işğalçı Ermənistana dəstək verməsindən narahatdır.

 

Noyabrın 25-də Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və  Təbrizin “Traxtur” futbol komandaları arasında görüş keçirilib. Görüş zamanı stadiondakı “Perspolis” tərəfdarları hər zaman olduğu kimi, Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirib. Onlar bununla da kifayətlənməyib Azərbaycan Respublikasının 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan dövlətinə dəstək nümayiş etdiriblər. Komandanın şovinist fars tərəfdarları qondarma “Artsax” sözü yazılmış parça nümayiş etdirərək Dağlıq Qarabağın işğal olunmasına dəstək olduqlarını bir daha brüzə veriblər.

 

“Artsax” adı Ermənistan dövləti tərəfindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə verilib. İranda qondarma adı dəstəkləyən qüvvələr vaxtı ilə Dağlıq Qarabağda gedən müharibədə Ermənistana maddi və hərbi yardım göstərib. İran Rusiya ilə birlikdə Dağlıq Qarabağın Ermənistan ordusu tərəfindən işğal olunmasında böyük rol oynayıb.

 

Quzey azərbaycanlı gənc ruhani Seyid İsa Ələkbər baş verən utancverici hadisəyə münasibət bildirərək bu barədə İranın dini rəhbəri Əli Xameneinin Azərbaycan Respublikasındakı nümayəndəsi Ələkbər Ocaqnəjaddan hadisə ilə bağlı açıqlama verməsini istəyib.

 

Azərbaycanlı ruhaninin sözlərini olduğu kimi aşağıdakı videodan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=13&v=cCUypiXnYe4

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN