Azərbaycanlı siyasi məhbus Lətif Həsəni məzuniyyətə çıxıb

Azərbaycanlı siyasi məhbus Lətif Həsəni məzuniyyətə çıxıb

GünAz TV: Azərbaycanlı siyasi məhbus Dr. Lətif Həsəni Kərəcin Rəcayişəhr zindanından məzuniyyətə çıxıb.

 

Fəalın həyat yoldaşı Əzəm Pirinin İnstaqram səhifəsində paylaşdığı məlumata görə, siyasi məhbus martın 20-də 3 günlük məzuniyyətə buraxılıb.

 

Azərbaycanlı fəal hal-hazırda həbsxanada 9 illik həbs cəzasını çəkməkdədir. Birinci dəfə 5 il həbsdən sonra məzuniyyətə buraxılan fəal üçüncü dəfədir ki, bir neçə günlük evə buraxılıb.

 

Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi 2013-cü il aprelin 29-da Lətif Həsəni, Ayət (Yürüş) Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Qulizadəni qanunsuz qrup yaratmaq ittihamı ilə 8 il və sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə 1 il həbs cəzasına məhkum edib. Toplam olaraq hər biri 9 il həbsə məhkum edilən azərbaycanlı fəallardan hazırda təkcə Lətif Həsəni həbsdədir, digərləri bir neçə il həbsdən sonra sərbəst buraxılıb. Lətif Həsəninin ailəsinin cəhdləri isə bu günə qədər nəticə verməyib, məhkəmə onun şərti azadlığa buraxılmasını təmin etmir.

 

Dr. Lətif Həsəni Güney Azərbaycanın Xalxal şəhərində doğulub. O beynəlxalq hüquq üzrə Bakı Dövlət Universitetinin məzunudur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN