Azərbaycanlılar Həsən Azərbaycanla vidalaşdı – VİDEO

Azərbaycanlılar Həsən Azərbaycanla vidalaşdı – VİDEO

GünAz TV: Bazar günü Təbrizin “Ali nəsəb” xəstəxanasında dünyasını dəyişən tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsəm Dəmirçi bu gün Təbrizdə dəfn edilib.

 

Həsən Dəmirçinin  dəfn mərasiminə Güney Azərbaycanın Urmiyə, Zəncan, Ərdəbil, Astara, Makı, Salmas, Qoşaçay, “Sayın qala”, Tikantəpə, Sulduz, Əhər, Mərənd, Xoy, Xalxal, Marağa, Kərəc, Qum, Qəzvin və s. kimi şəhərlərindən çox sayda milli-mədəni fəal qatılıb. Mərhum fəal Təbrizin “Vadi rəhmət” qəbiristanlığında  dəfn olunub.

 

Məlumata görə, izdihamlı dəfn mərasiminin keçirildiyi yerdə təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Dəfn mərasimində bir neçə tanınmış milli-mədəni fəal mərhumun barəsində öz ürək sözlərini deyiblər.

 

Ərdəbil şəhərindən gələn tanınmış fəal Abbas Lisani öz fikirdaşı haqda bildirib ki, “Həsən Dəmirçi yalnız Təbriz və Azərbaycana aid bir şəxsiyyət deyil, o eyni halda bütün türk dünyasının fəxridir.”

 

Mərhumun ictimai-siyasi və sənət fəaliyyətini yüksək qiymətləndirən A.Lisani əlavə edib ki, “Həsən Azərbaycan həm saz-sözü ilə, həm də məntiqli mübarizəsi ilə Güney Azərbaycan türk millətinin oyanışında böyük rol oynayıb.”

 

Mərasim iştirakçıları mərhum fəalı son mənzilə yola salarkən “Böyük ustad sənin üzün ağ olsun – Azərbaycan sənin başın sağ olsun” şüarı səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=7&v=ekyUtOsaqDU

 

 

Mərhumun meyit namazı tanınmış milli-mədəni fəal Höccətul-İslam Əzimi Qədimin pişnamazlığı ilə qılınıb.

 

https://www.youtube.com/watch?time_continue=13&v=8eSEQr6EXV4

 

 

Namaz qılındıqdan sonra mərhumun cənazəsi gənclik marşının (Güney Azərbaycanın milli marşı) sədaları altında dəfn olunub, marş bütün mərasim iştirakçıları tərəfindən oxunub.

 

https://www.youtube.com/watch?time_continue=323&v=_Y2zDYbTmA8

 

Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. O şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr etmişdir. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN