Azərbaycanlılar xiyabanlara fars məşhurlarının adlarını verilməsini istəmir – Urmiyədə lövhələr qaralandı

Azərbaycanlılar xiyabanlara fars məşhurlarının adlarını verilməsini istəmir – Urmiyədə  lövhələr qaralandı

GünAz TV: Güney Azərbaycanda coğrafi məkanlar, o cümlədən küçə və xiyabanlara fars məşhurlarının adının verilməsinə qarşı etirazlar davam edir.

 

Son məlumata görə, Urmiyə şəhərində azərbaycanlı gənclər xiyabanların lövhəsində fars şairlərinin adlarını qaralayıb.

 

Gənclər fars şairlərinin yerinə dünya şöhrətli azərbaycanlı şair Məhəmməd Füzulinin  adını yazıblar.

 

İranda Pəhləvi və islam cümhuriyyəti dövrlərində Azərbaycan türk millətinin millli kimliyi və tarixi təhrif edilir və ya ümumiyyətlə inkar olunur. Bu məqsədlə şəhərlərdə küçə, xiyaban, meydan və məhəllələrə farsca adlar verilir.  Bundan əlavə bölgədə olan türkcə coğrafi adlar tədricən fars sözləri ilə dəyişdirilir və ya fars dilinə tərcümə edilir. Bütün bunlara etiraz edən azərbaycanlı gənclər vaxtaşırı farsca adlandırılan xiyaban və məhəllələrin adlarını lövhələrdən silirlər. Bu adlar fas şovinizminin simvolları kimi olduğu üçün onlara qarşı həssaslıq var.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN