Azərbaycanlılardan fars irqçilərinin təhqirinə məruz qalan türkmən futbolçuya dəstək – GÖRÜNTÜ

Azərbaycanlılardan fars irqçilərinin təhqirinə məruz qalan türkmən futbolçuya dəstək – GÖRÜNTÜ

GünAz TV: İranın milli komandası dünya çempionatında İspaniya millisinə məğlub olduqdan sonra İran millisinin türkmən oyunçusu Sərdar Azmun fars irqçilərinin təhqirinə məruz qalıb.

 

İyunun 20-də keçirilən yarışdan sonra sosial şəbəkələrdə S.Azmunun ünvanına təhqiramiz ifadələr yazılıb, bəzi irqçilər onun komandaya yararsız olduğunu qeyd ediblər. Bəziləri isə “Sərdar Azmun istisna olmaqla hamınıza afərin” deyirik deyə sözlər yazıblar.

 

 Farsdilli sosial şəbəkə istifadəçilərin bəziləri isə  futbolçunu “axmaq türkmən” adlandırıb və “S.Azmunun İranın milli komandasına etdiyini, hətta moğollar belə İrana etməyib!” deyə postlar paylaşıblar.

 

S.Azmun irqçilərin bu hərəkətinə jurnalistlərlə danışarkən münasibət bildirib. Oyundan sonra narahatlığından ağlayan oyunçu “nə üçün ağlayırsan?” sualına belə cavab verib:

“Mənim çox gileyim var. Çoxları fikirləşir ki, mən qələbə üçün səy etmədim. Məni əsassız tənqid edilər. Axı mən çox çalışdım. Biz Rusiyaya hamını sevindirmək üçün gəldik. İndi isə məni sındırmaq istəyirlər. Lakin mən sınan adam deyiləm. Amma özümə ürəyim yanır. Əgər əhali istəmirsə, dünya çempionatından sonra milli komandaya qatılmayacam. İspaniya komandası güclü komandadır. Çalışdıq ki, uduzmayaq. Lakin bəxtimiz gətirmədi və onlar qol vurmağa nail oldular”- deyə o bildirib.

 

Fars irqçilərinin türkmən futbolçunu hədəfə alması azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasına səbəb olub.

 

Məlumata görə, soydaşlarımız S.Azmunun şəkillərini yayaraq onu dəstəkləyib və yazdıqları müxtəlif yorumlarda onu alqışlayıblar. Bir çox sosial şəbəkə istifadəçisi isə profil şəkilinin S.Azmunun şəkili ilə dəyişdirib.

 

Qeyd etmək lazımdır ki, İran millisi Sərdar Azmun və Kərim Ənsarifərd (Kərim Savalan) kimi türk oyunçularının vurduğu qollar sayəsində dünya kubokuna vəsiqə qazanıb.

 

İranda bütün fürsətlərdə türk milləti və onun mənsubları müxtəlif yollarla aşağılanır. Tehranın “İstiqlal” və “Perspolis” komandaları ilə “Traxtur” komandasının yarışlarında Azərbaycan klubu və onun tərəfdarlarına qarşı səsləndirilən şüarlar fars irqçiliyinin bariz nümunəsidir. Belə təhqirlərə İranın kütləvi informasiya vasitələri, hətta bəzi dərsliklərində də rast gəlinir.

 

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN