“Azərtel”lin icraçı direktoru: İran əhalisinin 60-65 faizi türkdür

“Azərtel”lin icraçı direktoru: İran əhalisinin 60-65 faizi türkdür

GünAz TV: Təbriz “Traxtur” futbol klubunun səhmdari olduğu “Azərtel” mobil rabitə operatorunun icraçı direktoru təmsil etdiyi şirkətin fəaliyyəti haqda danışarkən İranda düşünüləndən də çox türk olduğunu bildirib.

 

Bu barədə mühəndis Əhməd Təvəkküli fevralın 27-də Təbriz Kaya Hotelinin ictimai salonunda jurnalistlərin qarşısında danışarkən məlumat verib.

 

““Azərtel” Şirkəti türk bölgələrinin potensial imkanlarından gəlir məqsədi ilə yararlanmaq üçün təsis edilib. İran əhalisinin təxminən 60-65 faizi türkdür. Bizim də səhmdarlarımız türk olduğu üçün “Traxtur” klubu ilə birgə layihə üzərində çalışmağımızı istədilər. Biz də bu klubla birlikdə “Azərtel” sim-kartları layihəsinə start verdik”- deyə o bildirib.

 

“Azərtel”in danışıq tariflərinin olduqca aşağı olduğunu deyən Ə.Təvəkküli Şərqi Azərbaycan Əyalətində şirkət və təşkilatlara xüsusi sim-kartların veriləcəyini də diqqətə çatdırıb.

 

Şirkətin icraçı-direktoru sim-kartların qiymətini açıqladıqdan sonra artıq bütün filiallarda satışa başlanıldığını deyib. O bildirib ki, abunəçilər üçün yaxın gələcəkdə türk dilində fəaliyyət göstərən əlaqə mərkəzi də yaradılacaq.

 

Ə.Təvəkküli sözlərinin sonunda “Traxtur” tərəfdarlarını “Əlcəzirə” komandası ilə görüşdə “Traxtur”a lazımi dəstəyi verməyə çağırıb.

 

Tədbirdə “Traxtur” klubunun məsulları da iştireak edib. İcraçı direktor Mustafa Acorlunun müavini Məhəmməd Purəqdəm Şərəbyani klubun uğur qazanması üçün onun maliyyə baxımından güclü olmasının vacibliyinə toxunaraq komanda tərəfdarları və mətbuat orqanlarını “Azərtel” Şirkətinə dəstək verməyə çağırıb.

 

Rejimin müxtəlif təzyiqləri altında yoluna davam edən Azərbaycanın “Traxtur” klubu Tehran və İsfahan komandaları kimi dövlətin maliyyə dəstəyinə malik deyil, əksinə Azərbaycana qarşı ayrı-seçkilik siyasətindən öz payını alan klub maliyyə sıxıntısı ilə üz-üzədir. Klub ağır maliyyə vəziyyətindən çıxmaq üçün bir çox iqtisadi layihələr üzərində işləyir.

 

İranda türklərin sayı barədə dəqiq məlumat yoxdur. Bu ölkənin keçmiş xarici işlər naziri Mənuçehr Müttəki ötən illərdə Türkiyə mətbuatına İran əhalisinin 40 faizinin türk olduğunu bildirmişdir. Ölkə əhalisinin böyük hissəsini təşkil edən bir millətin ana dilinə qadağa qoyulması dünya üzrə bütün azad düşüncəli insanları təəccübləndirir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN