Babək qalası yürüşündə bu şüarlar səsləndirildi – VİDEO

Babək qalası yürüşündə bu şüarlar səsləndirildi – VİDEO

GünAz TV: İyulun 5-i və 6-da ənənəvi Babək qalası yürüşünün keçirildiyi zaman azərbaycanlı milli-mədəni fəallar müxtəlif şüarlar səsləndiriblər.

 

Bu mərasim İran rejiminin müxtəlif önləyici tədbir və təhdidlərinə baxmayaraq möhtəşəm keçirilib.

 

Azərbaycanın tarixi milli qəhrəmani Babək Xürrəmdinin doğum günü kimi qəbul olunan gündə (iyulun 6-ı) minlərlə soydaşımız milli şüarlar səsləndirərək Babək qalasına (Bəzz qalası) yürüş ediblər.

 

Soydaşlarımız iyulun 5-dən özlərini qalaya çatdırıb, dağın ətəklərində gecələdikdən sonra cümə günü Babək qalasına çıxıblar. Bu, ötən illərdə də belə olub.

 

Qalaya çıxan yollara və qalanın ətrafına çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub. Onlar müxtəlif yollarla qalaya tərəf edilən yürüşün qarşısını almağa çalışıblar, lakin bu mümkün olmayıb.

 

Soydaşlarımız qalaya çıxarkən “Bu torpaqdan pay olmaz – Heyran Gilan olmaz”, “Sən çağırsan gələrəm mən – Sən yaşa Azərbaycan”, “Haray Haray mən türkəm”, “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara?!”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan”, “Azərbaycan milləti – Çəkməz belə zilləti”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun”  və s. kimi şüarlar səsləndiriblər.

 

Məlumata görə, Təhlükəsizlik qüvvələri qalaya çıxanların orada toplaşmasına mane olub, onlardan bir neçə dəqiqə sonra aşağı enməyi tələb ediblər.

 

Babək qalası yürüşü ilə əlaqədar Güney Azərbaycanda təxminən 80 nəfər azərbaycanlı fəal saxlanılıb, onların əksəriyyəti saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

Eteelaat idarəsi bir çox şəhərdə azərbaycanlı fəallara ənənəvi yürüşə qatılmaqla bağlı xəbərdarlıq edərək onları təhdid etmişdir. Həbslər dalğası isə yürüş başa çatdıqdan sonra da davam etdirilib.

 

https://www.youtube.com/watch?time_continue=7&v=FYhjpMzpLYU

 

https://www.youtube.com/watch?time_continue=1&v=h3nhI6Y6jf8

 

https://www.youtube.com/watch?v=yvHOzpB0UiI

 

https://www.youtube.com/watch?v=1UIlLuqqyuQ

 

https://www.youtube.com/watch?v=4rCeG35HhAI

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN