Babək qalası yürüşündən qayıdan Yaşar Həsənpur Təbrizdə saxlanılıb

Babək qalası yürüşündən qayıdan Yaşar Həsənpur Təbrizdə saxlanılıb

GünAz TV: Güney Azərbaycanda iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşü ərəfəsində çox sayda milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Babək qalası yürüşünün yekunlaşmasına baxmayaraq həbslər dalğası davam edir.

 

Son məlumata görə, Yaşar Həsənpur Babək qalası yürüşündən qayıtdıqdan sonra iyulun 7-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Milli-mədəni fəalın mülki geyimli məmurlar tərəfindən Təbrizdə öz evində saxlandığı bildirilir.

 

Bununla da iyulun 2-dən başlayan yeni həbslər dalğasında ən azı 64 nəfərin saxlandığı dəqiqləşib.

 

Saxlanılan fəallar əsasən Təbriz, Urmiyə, Ərdəbil, Tehran, Meşginşəhr (Xiyav), Xalxal, Muğan, Kəleybər, Bostanabad, Culfa, Marağa, Sulduz və Salmas şəhərinin sakinləridir.

 

Bütün təzyiqlərə baxmayaraq Babək qalası yürüşü iyulun 5-i və 6-da möhtəşəm keçirildi. Mərasimə qatılan fəalların təhlükəsizlik qüvvələri tərəfindən təqib olunması və gələcək günlərdə saxlanılması gözlənilir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN