Bayram günlərində Şərqi Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının sayı artıb

Bayram günlərində Şərqi Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının sayı artıb

GünAz TV: Güney Azərbaycanın qeyri-standart yolları can almaqda davam edir.

 

Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü martın 22-də Məlikanda (Məlik kəndi) “Səmənd” markalı bir avtomobilin xiyabanın kənarındakı maneəyə çırıpıldığını deyib.

“Bu barədə məlumat daxil olduqdan sonra təcili tibbi yardım əməkdaşları dərhal hadisə yerinə gedib. Təəssüflər olsun ki, onlar 45 yaşlı kişi, 41 yaşlı qadın və 2 yaşlı uşağın hadisə yerində öldüyünü görüblər”- deyə Vəhid Şadiniya  bildirib.

 

Onun sözlərinə görə, qəzada təckə 12 yaşlı bir oğlan uşağı sağ qalıb, o aldığı xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib.

 

Martın 21-də isə Şərqi Azərbaycanın Həştrud şəhərində bir “Pejo” markalı avtomobil yoldan çıxaraq caddənin kənarındakı çaya düşüb. Hadisə nəticəsində 45 yaşlı bir qadın və 15 yaşlı qız həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

 

Yeni ildə (İranda yeni il Novruz bayramında başlayır) Şərqi Azərbaycanda ölümlə nəticələnən birinci yol qəzası martın 21-də Əhər şəhərində baş verib. Əhər-Meşginşəhr yolunda “Ardi” markalı bir avtomobilin aşması nəticəsində maşının 50 yaşlı sürücüsü hadisə yerində ölüb.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN