Bələdiyyə idarələrində yanğınsöndürən qrupların imkanı olduqca məhduddur – Qəzvin Əyalətində

Bələdiyyə idarələrində yanğınsöndürən qrupların imkanı olduqca məhduddur – Qəzvin Əyalətində

GünAz TV: Qəzvin valisinin abadlaşdırma işləri üzrə müavini təmsil etdiyi əyalətin Bələdiyyə İdarələrində daha çox yanğınsöndürən işçi və texniki avadanlıqlara ehtiyac olduğunu bildirib.

 

Bu barədə Əli Fəruxzad Qəzvin Bələdiyyə İdarəsinin yanğınsöndürmə və təhlükəsizlik xidmətləri işçilərinin keçirdiyi tədbirdə çıxış edib.

 

“Qəzvin əyalətində yanğınsöndürmə işində fəaliyyət göstərən işçilərin sayı 500 məfərdir. Bu sayı əyalətin ehtiyaclarına uyğun gəlmir. Bu sahəyə daha çox işçi cəlb olunmalıdır. Onlar hazırda güclərindən daha çox işləyir, ona görə də işçilərimizə xüsusi təşəkkür düşür.”- deyə o bildirib.

 

Bələdiyyə İdarələrinə yanğınsöndürmə bölümündə çalışmaq məqsədi ilə çox sayda işçinin müraciət etdiyini deyən Əli Fərrüxzad idarəyə lazımi qədər işçi cəlb etmək üçün büdcə vəsaitinin olmadığını bildirib. O buna baxmayaraq cari ildə 76 nəfərin yanğınsöndürmə işinə qəbul olunduğunu da diqqətə çatdırıb.

 

Vali müavini Bələdiyyə İdarələrində hətta yetəri qədər nərdivan olmadığını, bunun hündür binalarda yanğın zamanı xüsusi problem yaratdığını da vurğulayıb.

 

Əli Fərrüxzadın sözlərinə görə, Qəzvin Əyalətinin bələdiyyə idarələrində yanğınsöndürmə işləri üçün ən azı 70 işçiyə təcili ehtiyacı var.

 

Qeyd edək ki, Güney Azərbaycanda baş verən əksər yanğınların vaxtı-vaxtında söndürülməməsi artıq faktdır. Bu problem bölgədə imkanların məhdud olması və bəzi hallarda rəsmi orqanların laqeyd münasibətindən irəli gəlir. Avqust ayında Şərqi Azərbaycan Əyalətinin Qaradağ meşələrində baş verən yanğın vaxtında söndürülmədiyi üçün yüzlərlə hektar meşə sahəsinin məhv olmasına səbəb oldu. Bu hadisədə yuxarıda qeyd etdiyimiz hər iki amil rol oynadı, hətta bəzi yüksək rütbəli vəzifəli şəxslər də buna etiraf etdilər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN